Gələcəyin yolları plastik kütlədən olacaq

24 İyul 2015 - 09:10 | Mühüm hadisələr
Gələcəyin yolları plastik kütlədən olacaq,Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Yolların müxtəlif səbəblərdən sıradan çıxması təhlükəli çuxurların və üzücü tıxacların yaranmasına gətirib çıxarır ki, bu da nəticədə təmirə külli miqdarda vəsaitin xərclənməsinə səbəb olur. Holland şirkəti LEGO konstruktoru prinsipi üzrə yığılan plastik yolların inşası planlarını açıqlayıb. Rotterdam şəhəri yolları plastmass plitədən olan dünyada ilk şəhər olacaq.

“PlasticRoad” layihəsi asfaltın “yaşıl” alternativi kimi nəzərdən keçirilir. Yeni yol örtüyünün modulları emal edilmiş plastik butılkalardan hazırlanacaq. Lakin bu cür yolların bir çatışmayan cəhəti var – örtük  islandığı zaman sürüşə bilər. Layihənin müəllifi olan “VolkerWessels” şirkəti bu çatışmazlığı aradan qaldırmaq niyyətindədir.

Bildirilənə görə, plastik yol örtüyü ənənəvi asfalt örtüyündən fərqli olaraq daha az qulluq tələb edir və daha ekstremal hərarətə -40-dan +80 dərəcə Selsiyədək davam gətirə bilir.

Bundan əlavə, plastmass yolların tikintisinə aylar deyil, həftələr sərf olunur. Layihə həm də dünyada ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə hesab oluna bilər. Şirkətin məlumatına görə, hər il asfaltın payına 1,6 milyon ton СО2 qlobal tullantı düşür ki, bu da nəqliyyat vasitələrindən daxil olan bütün zərərli emissiyanın (bərk və ya maye cisimlərin boşluğa yaxud qazaoxşar mühitə elektron, ion buraxması) 2 faizini təşkil edir.

Plastik örtük çəkisinə görə yüngüldür ki, bu da torpağın üzərinə daha az ağırlığın düşməsi deməkdir. Bundan əlavə, yolun altındakı kommunikasiya xətlərinə də çıxış daha asan olacaq.  Şirkətdə ümid edirlər ki, tikintidə yeni yanaşma yollarda aparılan işlər zamanı yaranan problemləri azaldacaq.

hi-news.ru saytının məlumatına görə, layihə hələ ki konseptual işləmələr mərhələsindədir. Mühəndislər layihənin 3 il ərzində reallaşdırılacağını vəd edirlər.