İnstitutun Tədris-İnnovasiya Mərkəzində (TİM) Bakı Biznes Universitetinin “İnformasiya texnologiyaları” ixtisası üzrə III kurs tələbələri üçün dərslər başlayıb. Bu dərslər 2022-ci ildə İnformasiya Texnologiyaları İnstitutu ilə Bakı Biznes Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində keçirilir.
Birgə hazırlanmış proqrama uyğun olaraq tələbələr “Python proqramlaşdırma dili”, “Veb sistemləri və texnologiyaları”, “Kompüter qrafikası” kimi əsas fənləri öyrənəcəklər. Kursa, HTML, CSS və JavaScript veb proqramlaşdırma dilləri üzrə təlim, həmçinin standart proqram alətlərindən praktiki istifadə daxildir.
Həm nəzəri, həm də praktiki məşğələlər Multimedia Texnologiyaları Mərkəzinin rəhbəri Anar Səmidov, TİM-in rəhbərinin müavini Kəmalə Qurbanova və baş mütəxəssis Raqif İsmayılov tərəfindən aparılacaq. Proqramın sonunda təlimi uğurla başa vuran tələbələrə bilik və bacarıqlarını təsdiq edən sertifikatlar veriləcək.
Bu kurslar əmək bazarında tələbat olan İT həlləri hazırlamağa və tətbiq etməyə qadir mütəxəssislərin hazırlanmasına, eləcə də tələbələrə peşəkar inkişaf üçün zəruri olan praktiki bacarıqların verilməsinə yönəlib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.