İnstitutun şöbə müdiri “Sabahın alimləri” müsabiqəsində səmərəli fəaliyyətinə görə təltif edilib

20 Sentyabr 2024 - 09:27 | Mühüm hadisələr
İnstitutun şöbə müdiri “Sabahın alimləri” müsabiqəsində səmərəli fəaliyyətinə görə təltif edilib

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev “Sabahın alimləri” XIII Respublika Müsabiqəsində kompüter elmləri üzrə münsiflər heyətinin üzvü kimi iştirak edib.

Qeyd edək ki, ABŞ-ın “Society for Science” təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində ölkəmizdə keçirilən “Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.

F.Ağayev müsabiqənin təşkili və keçirilməsində səmərəli fəaliyyətinə görə Elm və Təhsil Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.