Aysən Camal qızı Fərəcova 1997-ci ildə anadan olmuşdur.

Azərbaycan Texniki Universitetinin SABAH qruplarında 2014-2018-ci illərdə “Kompüter mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili almışdır.

2018-2020-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 249291 – “Kompüter sistemləri və şəbəkələri” ixtisaslaşması üzrə “Vətəndaş məmnunluğu əsasında e-xidmətlərin qiymətləndirilməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş və magistr dərəcəsi almışdır.

Beynəlxalq təcrübədə e-dövlət quruculuğu və e-xidmətlərin göstərilməsi, e-dövlətdə e-xidmətlərin istifadəsi sahəsində vətəndaş məmnuniyyətinin mövcud vəziyyəti, vətəndaş yönümlü e-xidmətlərin müxtəlif aspektlərdən müqayisəli analizi, e-xidmətlərin qiymətləndirilməsinə təsir edən meyarlar, e-dövlət xidmətlərinin intellektual analizi üçün metod və alqoritmlərin işlənməsi istiqamətlərində araşdırmalar aparır.

2018-ci ildən İnformasiya Texnologiyaları İnstitutunda işləyir.

2019-cu ildə İnstitutun 27 mart – “Elm günü” ilə əlaqədar elan edilmiş müsabiqəsində “İlin gənc mütəxəssisi” nominasiyasına layiq görülmüşdür.

2018-ci ildən 2021-ci ilə kimi AMEA İnformasiya Texnologiyaları İnstitutunda mühəndis-proqramlaşdırıcı vəzifəsində işləmişdir.

Hazırda İnformasiya Texnologiyaları İnstitutunda kiçik-elmi işçi və müəllim kimi fəaliyyət göstərir.

10 elmi əsərin müəllifidir. Müxtəlif səviyyəli respublika və beynəlxalq səviyyəli konfranslarda məruzələr ilə çıxış etmişdir.

29 sentyabr 2021-ci il tarixindən İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri,  21 dekabr 2021-ci il tarixindən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının elmi katibidir.

 

Tel: (+994 12) 510 06 98

Faks: (+994 12) 539 61 21

Elektron poçtugencalim@iit.science.az 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı