Tel. | (+994 12) 510 29 68 |
Faks | (+994 12) 539 61 21 |
Elektron poçtu | icraci_direktor@iit.science.az, rashid.alakberov@gmail.com, depart_3@iit.science.az, |
Struktur bölmənin rəhbəri | Texnika üzrə fəlsəfə doktoru Rəşid Qurbanəli oğlu Ələkbərov |
Əsas fəaliyyət istiqamətləri | - Bulud texnologiyaları problemləri;
- Superkompüter texnologiyalarının çoxaspektli problemləri;
- İnformasiya-kommunikasiya texnologiyaları problemləri;
- Paylanmış hesablama sistemlərinin analizi və sintezi problemləri;
- Bulud hesablama sistemlərinin sintezi və intellektual idarəedilməsi problemləri;
- Mobil hesablama buludlarının elmi-nəzəri problemlərin araşdırılması;
- İndustry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi problemləri;
- Industry 4.0 platformasında Milli Radiasiya Təhlükəsizliyi Monitorinq Sisteminin yaradılmasının elmi-nəzəri problemləri;
- Şəbəkə texnologiyalarının elmi-nəzəri problemlərinin araşdırılması.
|
Əsas elmi nəticələri | - Korporativ şəbəkələrdə istifadəçilərə göstərilən İnternet xidmətlərinin səmərəliliyinin artırılması üçün model və alqoritmlər işlənilmişdir;
- Multiagent texnologiyasının tətbiqi ilə istifadəçilərin marağına uyğun kontentin təyin və əldə edilməsi üçün metodlar işlənilmişdir;
- AzScienceNet elm kompüter şəbəkəsinin fəaliyyətinin səmərəliliyinin artırılması metodları və alqoritmləri işlənilmişdir;
- Korporativ şəbəkənin idarə edilməsi prosesinin avtomatlaşdırılması üçün alqoritm işlənilmişdir;
- Milli Superkompüter Mərkəzinin infrastrukturunun yaradılması üçün kompleks (texniki, təşkilati, iqtisadi və s.) təkliflər və sənədlər işlənilmişdir;
- Korporativ şəbəkələrdə əlaqə kanalında yüklənməni optimal paylayan adaptiv modeli işlənilmişdir;
- Kompüter şəbəkəsində virtual hesablama mühitlərinin sintezi metodları və alqoritmləri işlənilmişdir;
- Kompüter şəbəkələri əsasında paylanmış hesablama mühitinin sintezi üçün model və metodlar işlənilmişdir;
- Böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün kompüter şəbəkələri əsasında paylanmış hesablama sistemləri yaradılmışdır;
- Verilənlərin emal mərkəzində yaddaş və hesablama resurslarının səmərəli istifadəsi üçün metod və alqoritm işlənilmişdir;
- Bulud əsaslı Elektron Dövlət Sistemnin konseptual modeli işlənmişdir;
- Bulud əsaslı Elektron Dövlət Sistemnin təhlükəsizlik mexanizmləri işlənmişdir;
- Bulud hesablama sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün metod və alqoritmlər işlənmişdir;
- Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlər işlənmişdir;
- Mobil bulud hesablama mühitində cloudletlərin texniki imkanlarına əsasən klasterləşdirilməsi metodu işlənmişdir;
- Mobil bulud hesablama mühitində məsələ və resursların səmərəli yerləşdirilməsi modeli işlənmışdir;
- Mobil bulud hesablama sistemlərində resurslarının optimal seçilməsi metod və alqoritmlər işlənmişdir;
- Məlumatların bulud serverlərdə optimal yerləşdirilməsi metodları işlənmişdir;
- Bulud əsaslı SCADA sistemlərində təhlükəsizlik məsələləri mexanizmləri işlənmişdir;
- Şəhər miqyaslı naqilsiz şəbəkə mühitində cloudletlərin optimal yerləşdirilməsi metodu işlənmişdir.
|