Tel.

 (+994 12) 539 85 48

Faks

 (+994 12) 539 61 21

Elektron poçtu

 makrufa@iit.science.azdepart_13@iit.science.az 

Struktur bölmənin rəhbəri

Texnika üzrə fəlsəfə doktoru

 Məkrufə Şərif qızı Hacırəhimova

Əsas fəaliyyət istiqamətləri

  • Elektron dövlətin formalaşması problemləri;
  • İnternetşünaslığın formalaşmasının müxtəlif aspektləri;
  • Böyük həcmli məlumatlar toplusundan biliklərin əldə olunması problemləri.

 

Əsas elmi nəticələri

  •    Müxtəlif təyinatlı korporativ informasiya sistemləri (rəqəm imzalı elektron sənəd dövriyyəsi, elektron arxiv, tapşırıqlara nəzarət, qərarların qəbulunu dəstəkləyən sistem və s.) üçün alqoritmlər və proqram təminatı işlənilmişdir;
  • Elektron sənədlərin idarə edilməsi sisteminin konseptual əsasları və arxitektur prinsipləri işlənmiş, e-sənədlərin təhlükəsizliyinə etimad infrastrukturunun funksionaltexnoloji arxitekturu və onun fəaliyyətinə aid tövsiyələr təklif edilmişdir;
  • Sistemin intellektuallaşdırılması üçün konseptual model, sistemlərdə mətn tipli sənədlərin məzmuna görə avtomatik təsnifatı üçün alqoritm işlənilmişdir;
  • Mətn sənədlərin avtomatik referatlaşdırılması üçün optimallaşma modelləri verilmişdir;
  • Optimallaşma məsələlərinin həlli üçün diferensial təkamül və “sürü” intellektinə əsaslanan alqoritmlərinin modifikasiya olunmuş binar variantları işlənilmişdir;
  • Domen adlarının qeydiyyat verilənlərinin ilkin emalı üçün alqoritm işlənmiş, domen adlarının qeydiyyat verilənlərinin identifikasiyası üçün metod təklif olunmuşdur;
  • Domen adlarının qeydiyyat verilənlərinin klasterləşdirilməsi üçün qeyri-iyerarxik metoddan istifadə edilməsi təklif edilmişdir;
  • Domen adları qeydiyyat verilənlərindən gizli biliklərin aşkarlanması üçün metod və yüksək səviyyəli milli domenlərin inkişaf dinamikasının qiymətləndirilməsi üçün metodika işlənilmişdir;
  • Azərbaycan Respublikasının maraqları ilə bağlı milli domen adlarının intellektual monitorinqi sistemi yaradılmışdır;
  • Böyük həcmli verilənlər toplusundan biliklərin əldə olunması problemi istiqamətində “Big data” texnologioyaları tədqiq olunmuşdur;
  • Böyük həcmli verilənlərin inteqrasıyası üçün konseptual model təklif edilmişdir;
  • Kompüter şəbəkə trafikində DoS hücumların aşkarlanması üçün klassifikasiya ansamblına əsaslanan model işlənilmişdir;
  • Böyük həcmli verilənlərdə axtarışın effektivliyinin artırılması üçün neyron şəbəkəyə əsaslanan metod (Neural Foresting) təklif olunmuşdur;
  • Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı mövcud vəziyyət və problemlər analiz edilmiş, onların aradan qaldırılması üçün təklif və tövsiyələr verilmişdir;
  • Maşın təlimi əsasında neft-mədən verilənlərin analizi üçün maşın təlimi modelləri işlənmişdir;
  • E-reyestrlərdə toplanmış demoqrafik verilənlərin intellektual analizi üçün alqoritm işlənmişdir;
  • Dərin təlimin elmi-nəzəri problemlərinin tədqiq olunmuşdur;
  • Milli intellektual potensialın qiymətləndirilməsi məsələləri tədqiq olunur.
 
 
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı