http://www.president.az/

«Milli təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1 qüvvədə olan qanunvericilik aktlarının «Milli təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikası prezidentinə təqdim etsin;

1.2 Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikası prezidentinə məlumat versin;

1.3 Öz səlahiyyətləri daxilində «Milli təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,
Azərbaycan Respublikası prezidenti
Bakı şəhəri, 3 avqust 2004-cü il

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı