http://www.informasiya.org/index.php?id=140

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 31.3-cü maddəsini və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası prezidentinin 09 avqust 2005-ci il tarixli 277 nömrəli Fərmanının 2.3-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Universal telekommunikasiya xidmətlərinin təsnifatı təsdiq edilsin (əlavə 1).
2. Universal telekommunikasiya xidmətlərinin təşkili və göstərilməsi şərtləri təsdiq edilsin (əlavə 2).
3. Bu sərəncam imzalandığı gündən güvvəyə minir.
Əsas: “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2005-ci il tarixli 277 nömrəli Fərmanının 2.3-cü bəndi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 16 avqust 2005-ci il tarixli 188 nömrəli əmri ilə yaradılmış işçi qrup tərəfindən hazırlanmış təqdimat.

Əlavə 1

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 27 sentyabr 2005-ci il tarixli 2№-li Sərəncamı ilə təsdiq edilmşdir

Universal telekommunikasiya xidmətlərinin təsnifatı

1. əhalisinin sayı 50 nəfərdən 200 nəfərə qədər olan yaşayış məntəqələrində:

- yerli, şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidməti;
- sorğu məlumat xidməti;
- ixtisaslaşdırılmış təcili yardım xidmətləri.

2. əhalisinin sayı 200 nəfərdən 1000 nəfərə qədər olan yaşayış məntəqələrində:

- yerli, şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidməti;
- sorğu məlumat xidməti;
- ixtisaslaşdırılmış təcili yardım xidmətləri;
- kollektiv istifadəli internet xidməti.

3. əhalisinin sayı 1000 nəfərdən çox olan yaşayış məntəqələrində;

- yerli, şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidməti;
- sorğu məlumat xidməti;
- ixtisaslaşdırılmış təcili yardım xidmətləri;
- kollektiv istifadəli internet xidməti;
- faks vasitəsilə məlumatların ötürülməsi xidməti;
- məlumatların ötürülməsi xidməti.

Əlavə 2 Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 27 sentyabr 2005-ci il tarixli 2№-li Sərəncamı ilə təsdiq edilmşdir

Universal telekommunikasiya xidmətlərinin təşkili və göstərilməsi şərtləri (tələbləri)

Universal telekommunikasiya xidmətləri (bundan sonra - UTX) həmin xidmətlərin göstərilməsi üçün müvafiq müqavilə bağlanılmış telekommunikasiya operatoru, provayderi tərəfindən aşağıdakı şərtlərə, tələblərə əməl edilməklə ümumistifadəli telekommunikasiya şəbəkəsində göstərilir.

1. Əhalisinin sayı 50 nəfərdən 200 nəfərə qədər olan yaşayış məntəqələri üzrə:

• ən azı 1 (bir) ədəd kollektiv istifadəli telefon əhalinin istifadəsinə verilməlidir.

2. Əhalinin sayı 200 nəfərdən 1000 nəfərə qədər olan yaşayış məntəqələri üzrə:

• ən azı (3) üç ədəd kollektiv istifadəli telefon əhalinin istifadəsinə verilməlidir;
• kollektiv istifadəli məntəqələrdə internetdən istifadə etməklə məlumatların göndərilməsi və qəbul edilməsi təmin edilməlidir;

3. Əhalisinin sayı 1000 nəfərdən çox olan yaşayış məntəqələri üzrə:

• ən azı 10 (on) ədəd kollektiv istifadəli telefon əhalinin istifadəsinə verilməlidir;
• kollektiv istifadəli məntəqələrdə internetdən istifadə etməklə məlumatların göndərilməsi və qəbul edilməsi təmin edilməlidir;
• kollektiv istifadəli məntəqələrdə faks vasitəsilə məlumatların ötürülməsi üçün ən azı 1 (bir) ədəd faks aparatı quraşdırılmalıdır;
• kollektiv istifadəli məntəqələrdə informasiya-kommunikasiya texnologiyalarından (On-line şəbəkəsi) istifadə etməklə məlumat mübadiləsinə şərait yaradılmalıdır.

4. Bütün yaşayış məntəqələri üzrə:

• kollektiv istifadəli telefonlar istifadəçilərin nəqliyyat vasitəsindən istifadə etmədən ən çoxu 0,5 saat müddətinə qədər çata biləcəyi məntəqələrdə quraşdırılmalıdır;
• UTX göstərilməsi üçün istifadə olunan telefonların dayanıqlı işləməsi təmin olunmalıdır;
• telefon xəttində və ya avadanlıqlarda nasazlıq yaranarsa, ən geci 2 saat müddətinə aradan qaldırılmalıdır;
• UTX göstərilən telefon vasitəsilə yerli, şəhərlərarası və beynəlxalq rabitə xidmətlərindən istifadə qiymətləri mövcud tariflərdən yüksək olmamalıdır;
• UTX üçün istifadə olunan telefonlardan ümumistifadəli telekommunikasiya şəbəkəsinin digər operatorlarına mövcud qanunvericiliyə uyğun çıxış imkanı yaradılmalıdır;
• Kollektiv istifadəli telefonlardan istifadə etməklə UTX göstərən operator həmin telefonlara verilmiş nömrələr haqda uyğun ərazidəki istifadəçiləri məlumatlandırmalıdır;
• Yanğınsöndürmə, polis, təcili tibbi yardım, qaz, elektrik qəza və qanunvericilikdə nəzərdə tutulan digər ixtisaslaşdırılmış təcili yardım xidmətlərindən ödənişsiz istifadəyə şərait yaradılmalıdır;
• UTX-dən istifadə etmək üçün istifadəçilərə kollektiv istifadə məntəqəsinə daxil olma təmin edilməlidir;
• Kollektiv istifadə məntəqələrində həftənin bütün günləri 8 saatdan az olmayan iş rejimi qurulmalı, ixtisaslaşdırılmış təcili yardım xidmətlərindən istifadə üçün fasiləsiz iş rejimi təmin olunmalıdır;
• UTX göstərilən məntəqələrin estetik vəziyyəti qənaətbəxş olmalıdır;
• əlillərə UTX-dən ilk növbədə istifadəyə şərait yaradılmalıdır.
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı