“Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi” mövzusunda II respublika konfransı keçiriləcək Oktyabr 07, 2022 | 10:37 2110

15-16 dekabr 2022-ci il tarixlərində Sumqayıt Dövlət Universitetində “Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi” mövzusunda II respublika elmi konfransı keçiriləcək.

Tədbirdə riyazi və tətbiqi analizin müasir formaları, diferensial tənliklər, modelləşdirmə, optimallaşdırma və optimal idarəetmə məsələləri, intellektual idarəetmə sistemlərinin modelləşdirilməsi, riyaziyyat və informatikanın tədrisində innovativ texnologiyaların tətbiqi mövzularında müzakirələr aparılacaq.

Konfransa qəbul olunmuş məqalələrin eLibrary.ru məlumat bazasında yerləşdirilməsi nəzərdə tutulur.

Elmi konfransda iştirak etmək üçün materialları 15 noyabr 2022-ci il tarixinədək müvafiq tələblərə uyğun olaraq, fpm_ite_2020@mail.ru  e-poçt ünvanına göndərmək tələb olunur.

Əlaqə telefonu: (+994) 51 577 74 77

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı