“Hi-Tech Building2019” – “Ağıllı ev”, “Ağıllı şəhər” və enerji səmərəliliyi beynəlxalq sərgisi keçiriləcək Oktyabr 22, 2019 | 09:41 3088

23-25 oktyabr 2019-cu il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskvada “Bina avtomatlaşdırılması, “Ağıllı ev”, “Ağıllı şəhər” və enerji səmərəliliyinə həsr olunan “Hi-Tech Building2019”18-ci beynəlxalq sərgi keçiriləcək.

Sərgidə İT”, “Ağıllı ev idarəetmə sistemləri”, “Bina idarəetməsi”,”Enerji səmərəli binaların tikintisi və təchiz edilməsi texnologiyaları”, “Bina avtomatlaşdırma və idarəetmə sistemləri”, “İnteqrasiya edilmiş təhlükəsizlik sistemləri”, “Elektrik təchizatı, enerji paylanması”, “Məftil aksesuarları və idarəetmə sistemləri”, “İqlim sistemləri”, “İşıq idarəetmə sistemləri”, “Elektrik idarəetmə sistemləri”, “Ekoloji dizayn və tikinti” sahəsində əldə olunan ən son nailiyyətlər nümayiş olunacaq.

MDB məkanında mühüm əhəmiyyət kəsb edən ənənəvi “Hi-Tech Building2019” beynəlxalq sərgisi çərçivəsində “Ağıllı şəhərdə intellektual evlər”, “Ağıllı şəhərdə daşınmaz əmlakın rəqəmsallaşdırılması”, “Ağıllı dizayn məktəbi” və s. mövzularda  bir çox konfrans və dəyirmi masalar keçiriləcək.

Sərgi haqqında ətraflı məlumatı hitechbuilding.ru saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı