ELANLAR

7611

“Elektrik mühəndisliyinin texniki və fiziki problemləri” üzrə XIV beynəlxalq konfrans keçiriləcək

06 Fervral 2018 - 14:55
“Elektrik mühəndisliyinin texniki və fiziki problemləri” üzrə XIV beynəlxalq konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

15-17 oktyabr 2018-ci il tarixlərində Naxçıvan Dövlət Universitetində “Elektrik mühəndisliyinin texniki və fiziki problemləri” üzrə XIV beynəlxalq konfrans keçiriləcək. Tədbir elektrik mühəndisliyi və enerji sistemləri sahəsində fəaliyyət göstərən alim və tədqiqatçılar arasında əməkdaşlıq qurmaq, fikir və təcrübə mübadiləsi aparmaq məqsədi daşıyır.

Konfransda mühəndislik və enerji sistemləri, kompüter və informasiya texnologiyaları, biotibbi mühəndislik, təhsil və tədris metodları, elektronika və digər istiqamətlərdə müzakirələr aparılacaq.

Qeyd edək ki, seçilmiş məqalələr International Journal on “Technical and Physical Problems of Engineering” (IJTPE) və “Journal of Electrical Engineering, Electronics, Control and Computers Science” (JEEECCS) jurnallarında nəşr olunacaq.

Mühüm tarixlər:

Məqalələrin qəbulu üçün son tarix: 1 iyun 2018-ci il

Qeydiyyatdan keçmək üçün son tarix: 1 iyul 2018-ci il

Daha ətraflı məlumatı www.iotpe.com saytından əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.