Süni intellekt insanın gözlərindən onun xarakterini müəyyən edəcək 10.05.2018    10:11 / Texnoloji yeniliklər

Cənubi Avstraliya Universitetinin tədqiqatçıları insanın gözlərindən onun xarakterini müəyyən edə bilən süni intellektin yaradılması üçün maşın təlimi metodunu tətbiq ediblər.

meddaily.ru saytının məlumatına görə, tədqiqatda 42 tələbə iştirak edib. Könüllülər onların göz hərəkətlərini izləyən qurğuları daşıyıblar. İştirakçılar, həmçinin şəxsiyyətin əsas xüsusiyyətlərinin (nevrotizm, ekstravertlik, vicdanlılıq, səmimilik və mülayimlik) qiymətləndirilməsi üçün nəzərdə tutulmuş sorğu anketlərini doldurublar.

Tədqiqat nəticəsində məlum olub ki, nevrotiklər gözlərini daha sürətlə qırpırlar, səmimi insanlar daha tez-tez ətrafa baxırlar, vicdanlı insanların isə göz bəbəklərinin ölçüsü nəzərəçarpacaq dərəcədə dəyişir. Bundan başqa, alimlər optimistlərin pessimistlərlə müqayisədə, neqativ emosiyalara səbəb olan görüntülərə daha az baxdıqlarını təyin ediblər. Kompüter mülayim, vicdanlı, ekstravert və hər şeylə maraqlanan insanları daha dəqiq müəyyən edib. Mütəxəssislər texnologiyanın təkmilləşdirilməsi üzərində çalışırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR