3D-printerdə insan dərisi çap edilib 07.05.2018    17:16 / Texnoloji yeniliklər

Kanada həkimləri insan dərisinin bərpası üçün nəzərdə tutulan portativ üçölçülü printeri təqdim ediblər. Qurğu bir neçə dəqiqə ərzində dəri qatını biomaterial vasitəsilə bərpa edə bilir.

life.ru saytının məlumatına görə, Toronto Universitetinin əməkdaşları tərəfindən hazırlanan “U of T bioprinter” adlı xüsusi qurğu kompakt ölçülərə malikdir və bir neçə dəqiqə ərzində yanıq yarasını sağaltmağa imkan verir. Printerə bədənin yaralı hissələrinə tətbiq oluna bilən süni dəri parçalarına çevrilən biomaterial yüklənir. Bir müddət sonra dəri adaptasiya olunur və yaralar sağalır. Mütəxəssislər bildiriblər ki, “U of T bioprinter” sayəsində dəri donorlarına ehtiyac qalmayacaq.

Layihə iştirakçısı Navid Hakiminin sözlərinə görə, printeri müxtəlif yanıq dərəcələrinə uyğun sazlamaq mümkündür. Qurğu laboratoriya donuzları üzərində uğurla sınaqdan keçirilib. Gələcəkdə alimlər 3D-printeri insanlar üzərində sınaqdan keçirməyi və daha böyük süni dəri parçaları istehsal etməyi planlaşdırırlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR