İnsan genomunun atlası yaradılıb 07.05.2018    16:38 / Maraqlı məlumatlar

İsrailin Yerusəlim Yəhudi Universitetinin alimləri insan genləri və embrional gövdə hüceyrələrinin müasir redaktəsi texnologiyasından istifadə etməklə insan genomunun atlasını yaradıblar. Tədqiqat hansı genlərin insan sağlamlığı və ya xəstəliyi üçün məsuliyyət daşıdığını izah edir.

naukatv.ru saytının bildirdiyinə görə, yeni tədqiqat bütün insan genlərinin funksiyalarının müqayisəsinin aparılması üsulundan ibarətdir. Gövdə hüceyrələri vasitəsilə tədqiqatçılar insan genomundakı bütün genləri təhlil edərək 180 mindən çox müxtəlif mutasiya yaradıblar. Alimlər CRISPR-Cas9 texnologiyasını iki insan genomunun surətinin əvəzinə bir surətinin olduğu yeni tip embrional gövdə hüceyrələri ilə birləşdirərək onun redaktəsini sadələşdiriblər.

Tədqiqatlardan məlum olub ki, insan genomunda genlərin yalnız 9 faizi embrional gövdə hüceyrələrinin böyüməsi və yaşaması üçün lazım olduğu halda onların 5 faizi faktiki olaraq həmin hüceyrələrin böyüməsini məhdudlaşdırır. Alimlər insanın erkən inkişafında və onun böyüməsində bütün irsi pozulmalar üçün məsuliyyət daşıyan genlərin rolunu təhlil ediblər. Tədqiqatda, həmçinin xərçəng xəstəliyinə səbəb olan genlərin insan embrionunun böyüməsinə təsiri göstərilib.

Genom atlası alimlərdə insan genlərinin öyrənilməsi ilə bağlı yeni təsəvvür yaradır. Gələcəkdə texnologiya xərçəng xəstəliklərinin və genetik pozuntuların öyrənildiyi və müalicəsinin aparıldığı tibbi alətlərin təkmilləşdirilməsində rol oynaya bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR