İnstitutun əməkdaşı impakt faktorlu jurnalın rəyçi sertifikatına layiq görülüb 03.05.2018    11:00 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva “Elsevier” nəşriyyatının “Journal of Network and Computer Applications – JNCA”nın (“Şəbəkə və Kompüter Tətbiqləri” jurnalı) rəyçi sertifikatına layiq görülüb.

Thomson Reuters” siyahısına daxil olan bu jurnalda kompüter şəbəkələri və tətbiqləri elminin bütün sahələrinə dair tədqiqat materialları, icmal və qısa məqalələr nəşr olunur.

JNCA jurnalının əsas elmi istiqamətlərinə kompüter şəbəkələri, İnternet protokolları üçün təkmilləşdirilmiş standartlar, simsiz şəbəkələr, mobil texnologiyalar, bulud texnologiyaları, qrid texnologiyaları, sensor şəbəkələri, Əşyaların İnterneti, şəbəkə sistemlərinin teletibbdə tətbiqi, kompüter və şəbəkə təhlükəsizliyi daxildir.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir:

Impact Factor: 3.500

5-Year Impact Factor: 3.492 

Source Normalized Impact per Paper (SNIP): 2.509

CiteScore: 4.42

SCImago Journal Rank (SJR): 0.807

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR