“Google”un süni intellekti kütlə içərisindən bir nəfərin səsini ayırd etməyi öyrənib 16.04.2018    11:00 / Maraqlı məlumatlar

Bir qayda olaraq, insanlar səs-küylü kütlənin içərisindən həmsöhbətin səsini kifayət qədər yaxşı ayırd edə bilirlər. Təəssüf ki, eyni sözləri kompüter barədə söyləmək olmaz. Lakin “Google” şirkəti bu problemin aradan qaldırılması üçün yeni tətbiq hazırlayıb.

itc.ua saytının məlumatına görə, “Google” şirkətini təmsil edən alimlər qrupu tərəfindən hazırlanmış dərin təlim sistemi danışan şəxsin sifətini tanımaqla yanaşı, konkret səsləri ayırd etmək qabiliyyətinə malikdir. Nəticədə, süni intellekt sistemi eyni anda bir neçə insan danışdığı zaman bir nəfərin səsini ayırd edə bilir.

Hazırda şirkət öz məhsullarında bu funksiyadan istifadə etmək imkanlarını araşdırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

"ELM VƏ İNNOVASİYA" VERİLİŞİ
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR