Oyuncaqları rəqəmsal dünyaya “daşıyan” texnologiya hazırlanıb 12.04.2018    10:03 / Texnoloji yeniliklər

“Microsoft” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış “Zanzibar” texnologiyası fiziki obyektləri identifikasiya etməyə və izləməyə, Near Field Communication texnologiyasının köməyilə barmaqlarla manipulyasiya edərək onlarla qarşılıqlı əlaqədə olmağa imkan verən kiçik elastik xalçadan ibarətdir.

techcult.ru saytının məlumatında bildirilir ki, xalçanı fərdi kompüterə və ya planşetə qoşduqdan sonra qurğu obyekti qəbul edir və ekranda obyektin təsviri meydana çıxır. Xalça üzərində bir neçə obyekt olduqda “Zanzibar” hər bir predmetin yerdəyişməsini izləyir və onları dəqiqliklə müəyyən edir.

“Project Zanzibar” uşaqlara öz oyuncaqlarını fiziki reallıqdan rəqəmsal dünyaya “daşımağa” və onların səsli, vizual və digər xüsusi effektlər sayəsində necə canlandıqlarını görməyə imkan verir.

Layihə aprel ayının sonunda Kanadanın Monreal şəhərində keçiriləcək “Hesablama sistemlərində insan amili” konfransında (ACM CHI 2018 – Conference on Human Factors in Computing Systems) təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

"ELM VƏ İNNOVASİYA" VERİLİŞİ
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR