“Google” 72 kubitlik kvant kompüteri yaradıb 07.03.2018    16:40 / Texnoloji yeniliklər

“Google” şirkətinin tədqiqatçılar qrupu ikiölçülü massivə birləşdirilmiş 72 yüksək keçirici kubitdən istifadə edilən kvant prosessoru yaradıb.

Məlumat üçün bildirək ki, kvant kompüterləri xüsusi bit tipi olan kubitlə əməliyyat aparır. Ənənəvi bitlərdən fərqli olaraq, bu məntiqi elementlər eyni zamanda həm “1”, həm də “0” vəziyyətində ola bilər. Bu xüsusiyyət bəzi hallarda ənənəvi alqoritmlərdən daha məhsuldar olan yeni hesablama alqoritmləri hazırlamağa imkan verir.

hitech.newsru.com saytının məlumatına görə, çoxlu sayda kubitlərdən istifadə edən kvant kompüterlərinin yaradılmasında əsas problem informasiyanın oxunması və yazılması, hesablamalar zamanı səhvlərin yaranması ilə bağlıdır. Kvant kompüterində kubitlərin sayının artırılması ilə yanaşı, belə səhvlərin yaranması ehtimalı da artır. Lakin “Google”un mütəxəssisləri bu problemi həll edə biliblər.

Təqdim edilmiş 72 kubitlik kvant prosessoru 9 kubitlik sələfi ilə eyni sxem üzrə hazırlanıb. Lakin yeni kompüterdə kubitlər zəncirlə birləşməyib və bir-biri üzərində yerləşmiş iki kvadratlıq 6*6 massivi yaradırlar. Bu, hesablamalar zamanı yaranan səhvləri izləməyə və düzəltməyə imkan verir. Hələ ki, yeni kompüterin xarakteristikaları haqqında ətraflı məlumat verilmir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR