Dron-printer təqdim edilib 06.03.2018    14:18 / Texnoloji yeniliklər

Çinin tanınmış 3D-printer istehsalçısı “DediBot” şirkəti “TCT Asia 2018” sərgisində uçan 3D-printerin konseptini təqdim edib.

Məlumdur ki, adi “yerüstü” printerlərin imkanları onların ölçüləri ilə məhdudlaşır. “Fly Elephant” uçan 3D-printeri isə bu məhdudiyyətləri aradan qaldırır. Qurğu pərləri olan 6 mühərrikdən və əridilmiş plastik kütlə, maye beton qarışığı və digər “mürəkkəblər”in ötürülməsi üçün nəzərdə tutulmuş çap ucluğundan ibarətdir. Çap alqoritmi uyğun proqram təminatı ilə təyin edilir.

techcult.ru saytının məlumatına görə, yaradılan obyektin ölçüləri praktik olaraq, məhdudlaşmır ki, bu da çoxmərtəbəli binaların tikintisi zamanı uçan 3D-printerlərdən istifadə etməyə imkan verir. “Fly Elephant” konsepsiyası, həmçinin bir obyekt üzərində eyni zamanda müxtəlif “mürəkkəblər”lə işləyən bir neçə uçan aparatdan istifadəni nəzərdə tutur.

Hazırda şirkətin mütəxəssisləri dron-printerin avtonom iş vaxtını maksimum uzatmaq üzərində çalışırlar. Bundan başqa, onlar güclü küləyin əməliyyatların icra edilməsinin dəqiqliyinə necə təsir edəcəyi və s. kimi məsələləri aydınlaşdıracaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 May – Ümumdünya Telekommunİkasİya və İnformasİya Cəmİyyətİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR