Robot-tədqiqatçılar Ayda araşdırmalar aparacaq 07.12.2017    11:00 / Maraqlı məlumatlar

Çinin robot-tədqiqatçıları insanların əvəzinə Aya səyahət edəcək. Ayın tədqiqi üzrə bütün işlər avtomatik rejimdə aparılacaq. Çin Ay bazasının planına daxil olan tədqiqat işlərini özündə ehtiva edən Ayın tədqiqi proqramları insanların bilavasitə iştirakı olmadan keçiriləcək.

Çin Ay bazası tamamilə avtomatlaşdırılacaq ki, bu da Ayda araşdırmaları insanların həyatı üçün risk olmadan aparmağa imkan verəcək.

Çin avtomatlaşdırılmış Ay stansiyaları yaradaraq daha genişmiqyaslı və dərin tədqiqatlar apara biləcək. Bu haqda Şanxayda keçirilmiş Kosmik texnika sahəsində innovasiyalar üzrə VII Beynəlxalq konfransda məlumat verilib.

hi-news.ru saytının məlumatına görə, artıq növbəti ildə Çin Ayın əks tərəfinə “Çanye-4” tədqiqat zondunu yerləşdirmək niyyətindədir. Onun ardınca isə məqsədi Ayın torpağının toplanması və Yer kürəsinə çatdırılması olan “Çanye-5” aparatı yola düşəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR