Xəstəliklər gözün torlu qişasını skan etməklə aşkar olunacaq 04.12.2017    03:31 / Texnoloji yeniliklər

Vaxtaşırı diaqnostika və profilaktik müayinələr bir çox xəstəlikləri erkən mərhələdə aşkar etməyə kömək edir. Lakin bəzi vəziyyətlər yalnız xəstəlik kifayət qədər davam etdikdən sonra müəyyən edilə bilər. Bundan başqa, ucqar rayonlarda yüksəkixtisaslı mütəxəssislər olmadığına görə bir çox həyat üçün təhlükəli patologiyaları aşkar etmək mümkün olmur. Bu yaxınlarda Vyana Tibb Universitetinin əməkdaşları bir sıra xəstəliklərin erkən diaqnostikası üçün yaxşı alət ola biləcək unikal skaner təqdim ediblər.

nanonewsnet.ru saytının məlumatına görə, tədqiqatçılar skaneri hazırlayarkən istənilən insanın gözünün torlu qişasından “oxunması” mümkün olan məlumatlardan, 1,2 saniyə ərzində 40 000-ə qədər şəkil istehsal edən optik koherent tomoqrafiya texnologiyasından istifadə ediblər. Əldə olunmuş məlumatlar süni intellektə əsaslanan alqoritmlərlə təhlil edilir, sonra sistem nəticə verir.

Məlum olub ki, diaqnostikanın bu metodu həkim-oftalmoloqun köməyi olmadan pasiyentdə diabetin olub-olmadığını aşkar etməyə və ya onun yaranması riskini öyrənməyə imkan verir. Yaxın gələcəkdə alimlər yaşlanma ilə bağlı olan degenerativ xəstəliklər, nevroloji problemlər, böyrək, qaraciyər, ürək və damar xəstəlikləri, həmçinin digər daxili orqanların patologiyalarının diaqnostikası məqsədilə alqoritmi təkmilləşdirmək niyyətindədirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR