Süni intellekt Britaniyanın ən yaxşı hüquqşünaslarına qalib gəlib 06.11.2017    03:29 / Maraqlı məlumatlar

“CaseCruncher Alpha” hüquqi sorğuların qiymətləndirilməsi sistemi real iddialarla Böyük Britaniyanın 100 ən yaxşı şəxsi vəkilindən daha dəqiq işləyib. Qeyri-formal xarakter daşıyan yarışma süni intellekt əsasında yaradılmış yeni alətin effektivliyinin qiymətləndirilməsi üçün nəzərdə tutulub.

aifactory.ru saytının məlumatında bildirilir ki, süni intellekt və hüquqşünaslara sadə məsələni həll etmək tapşırılıb: mübahisəli ödənişlər haqqında real məlumatlar əsasında ödənişlərin sığortası sistemi ilə bağlı iddianın müvəffəqiyyət əldə etmə ehtimalını qiymətləndirmək. Hər iki tərəf cəmi 775 proqnoz verib və süni intellektin dəqiqliyi 86,6 faiz, insanların dəqiqliyi isə 66,3 faiz təşkil edib.

BBC telekanalının jurnalistləri bu nəticəyə əsaslanaraq, yaxın zamanlarda süni intellektin hüquq ofislərində əsasən statistik informasiyanın emalı ilə məşğul olan kiçik klerkləri əvəz edib-etməyəcəyi məsələsini gündəmə gətiriblər. Maşınlar məsələnin “dəqiq cavabı” olduqda insanları üstələyirlər, lakin müstəqil şəkildə məsələnin şərtlərini nəzərdən keçirməyi və düşünməyi bacarmırlar.

“CaseCruncher Alpha” Kembric Universitetinin tələbələri – Yozef Maruşak, Rebekka Aqliolo və Lyudviq Bulun layihəsidir. Diqqətəlayiqdir ki, onlar hüquq fakültəsində oxuyurlar və İT sahəsində dərin biliklərə malik deyillər. Əvvəlcə onlar iddialar üzrə tipik suallara sürətli cavablar verməsi üçün çat-botu layihələşdiriblər. Sonra alqoritmi genişləndirərək onu kifayət qədər mürəkkəb işlərin analizi üçün uyğunlaşdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR