“Texnologiya neftdən bahadır” 01.11.2017    04:19 / Maraqlı məlumatlar

Microsoft” şirkətinin bazar qiyməti 17 il ərzində ilk dəfə 600 milyard dollara çatıb.

Dünyanın ən varlı insanlarından biri olan Bill Qeytsin həmtəsisçisi olduğu “Microsoft” şirkətinin kapitallaşması 17 il ərzində ilk dəfə 600 milyard dollar təşkil edib. Bu, oktyabrın 19-da şirkətin səhmlərinin 77,9 dollara hərraca çıxarılmasından sonra baş verib. Qeyd edək ki, “Microsoft”un kapitallaşması sonuncu dəfə 2000-ci ildə 600 milyard dollar olmuşdur.

Cari ilin başlanğıcından “Microsoft”un qiymət təyinetməsi 25,4% artmışdır. Bu da 2013-cü ildən etibarən ən yaxşı göstəricidir. Beləliklə, kapitallaşması 600 milyard dolları ötən “Microsoft” dünyanın ən böyük şirkətlərinin üçlüyünə daxil olub. Birinci və ikinci  yerləri isə “Apple” (805,7 milyard dollar) ilə “Alphabet” (687,7 milyard dollar) şirkətləri bölüşdürür.

forbes.ru saytının məlumatına görə, ekspertlər “Microsoft”un bu yüksəlişini şirkətə 2014-cü ilin fevral ayından başçılıq edən Sati Nadellanın doğru staretgiyası ilə izah edirlər.

Kapitallaşmaya görə dünyanın ən məşhur şirkətlərinin  ilk beşliyinə daha iki yüksək texnologiya şirkəti daxildir: Mark Zukerberqin rəhbərlik etdiyi “Facebook”  (506,96 milyard) və Cef Bezosun başçılıq etdiyi  “Amazon” (473,95 milyard)  şirkəti.

Bu gün artıq texnologiyanın neftdən baha olduğunu qeyd edən mütəxəssislər bildiriblər ki, neft şirkəti olan “Exxon Mobil” 2000-ci ildən 2011-ci ilədək dünyanın ən varlı şirkətlərinin reytinqinə başçılıq etmişdir. 2011-ci ilin 3-cü rübündə onu “Apple” əvəz etmişdir. “Exxon Mobil” sonuncu dəfə 2015-ci ildə ən varlı şirkətlərin üçlüyündə yer almışdır. Hazırda bu şirkətin bazar qiyməti 350,58 milyard dollar təşkil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.   

17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR