Yeni proqram sürücülərin diqqətinin yayınmasına imkan verməyəcək 12.09.2017    04:26 / Texnoloji yeniliklər

Kanadanın Vaterloo Universitetinin alimləri sürücünün sükan arxasında ismarıc yazdığını və ya telefonla danışdığını dəqiq müəyyən edə bilən kompüter alqoritmlərini hazırlayıblar. Tədqiqatın nəticələri Obrazların Tanınması və Təsvirlərin Analizi üzrə illik beynəlxalq konfransda təqdim edilib.

news.rambler.ru saytının məlumatına görə, kameralar və süni intellekt sürücünün əllərinin hərəkətlərini izləyir. Onların kənar hərəkətlər edərək yayındıqlarını fərq etdikdə dərhal xəbərdarlıq edir.

Mütəxəssislər maşın təlimi metodlarının köməyilə alqoritmlərə sürücünün nə zaman ismarıc yazdığını və telefonla danışdığını tanımağı öyrədiblər. Alqoritm, həmçinin sürücünün başının vəziyyətini də nəzərə alır. Hərəkətin təhlükəli olması onun müddəti və digər amillər əsasında qiymətləndirilir. Mühəndislər digər tədqiqat layihəsində sürücünün göz bəbəyinin ölçüsünün, göz qırpmasının sürətinin və ürək ritminin tezliyinin ölçülməsi üçün sensorlardan istifadə ediblər. Bu, sürücünün nə qədər sağlam olduğunu və yorulduğunu öyrənməyə kömək edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

15 Sentyabr – Azərbaycanda Bİlİk Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR