İdeal selfi üçün proqram hazırlanıb 02.08.2017    05:12 / Texnoloji yeniliklər

Kanadanın Vaterloo Universitetinin alimləri ideal selfi çəkməyə kömək edən proqram hazırlayıblar. Bu, istifadəçini kameranı bütün mümkün şəkillərdən ən yaxşısının alınacağı yerdə quraşdırmağa yönəldən alqoritmdir.

futurist.ru saytının məlumatına görə, alimlər alqoritm üzərində işləyərkən orta statistik insanların rəqəmsal 3D-skanlarını alıblar. Onlar smartfonun virtual kamerası və kompüter işıqlandırmasını idarə etmək üçün kodları yazaraq yüzlərlə “virtual şəkil” yaradıblar. Bu, kompozisiyanın müxtəlif prinsiplərini, həmçinin sifətin vəziyyəti və ölçülərini, işıqlandırmanın istiqamətini öyrənməyə imkan verib.

Bundan sonra minlərlə insan kraudsorsinq onlayn xidmətinin köməyilə ən yaxşı virtual fotolarını seçiblər. Alimlər səsvermə şablonunun riyazi modelini yaradıblar ki, bu da insanlara daha uğurlu fotolar əldə etməyə kömək edəcək alqoritmi hazırlamağa imkan verib.

Daha sonra real istifadəçilər öncə standart kamera proqramının, sonra isə yeni proqramın köməyilə selfi çəkiblər. Alimlər onlayn reytinqlərə əsaslanaraq, belə nəticəyə gəliblər ki, yeni proqram selfini 26 faiz yaxşılaşdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR