İlk bot-vəkil işə başlayıb 14.07.2017    11:16 / Maraqlı məlumatlar

ABŞ və Böyük Britaniyada dünyada ilk bot-vəkillər fəaliyyətə başlayıb.

Böyük Britaniya sahibkarı Coşua Brauder bot-vəkilləri uzun müddətdir hazırlayıb. Brauder botları ABŞ-ın bütün ərazisində istifadəyə verməzdən öncə onların Nyu-York, Sietl (Vaşinqton) və Böyük Britaniyada sınaqlarını keçirib. Hazırda pulsuz onlayn-məsləhətlərin verilməsi üçün süni intellektdən istifadə edən bot-vəkillər lazımlı hüquqi informasiya əldə etməyi arzu edən bütün amerikalılar üçün əlçatandır.

hi-news.ru saytının məlumatına görə, ilk vaxtlar Brauderin tətbiqi insanlara avtodayanacaq üçün cərimələrlə bağlı kömək edirdi. O, ötən il 160 min işi həll edə bilib. Hazırda DoNotPay botları əhəmiyyətli dərəcədə təkmilləşib və müxtəlif hüquq sahələri üzrə məsələlərə aydınlıq gətirir. Proqramın dünya görüşünün genişləndirilməsi üçün istehsalçı hüquqşünasları işə götürüb. 

Hazırda bu xidmət sığorta, aviareysin ləngiməsinə görə kompensasiya problemlərini həll etməyə kömək edir, həmçinin mülki məsələləri aydınlaşdırır.

Bot hər məsələ haqqında informasiya toplayır, istifadəçilərlə ünsiyyət saxlayaraq əldə olunmuş və təhlil edilmiş məlumatlar əsasında öyrənir və nəticələr çıxarır. Süni intellekt istifadəçidən lazımlı məlumatları əldə edərək hətta iddia mətnini də təşkil edə bilər. O, gələcək üçün bəzi tövsiyələr vermək imkanına malikdir.

Qeyd edək ki, bot hələ ki, savadlı və istedadlı hüquqşünaslar qədər dəyərli hüquqi məsləhətlər verə bilmir. Onun bəzi “kolleqaları” artıq banklarda və şirkətlərdə gündəlik işlərlə məşğul olur və mütəxəssislərə daha mürəkkəb məsələlərdə kömək edirlər. Lakin robot-vəkillərin insanları tam olaraq əvəz etməsi barədə danışmaq hələ ki, tezdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

17 noyabr – Azərbaycanın Mİllİ Dİrçəlİş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR