Süni intellekt “The New York Times”ın ictimai redaktoru vəzifəsini icra edəcək 09.06.2017    02:53 / Maraqlı məlumatlar

Amerikanın ən böyük informasiya nəşri olan “The New York Times”ın ictimai redaktoru vəzifəsini süni intellekt yerinə yetirəcək.

3dnews.ru saytının məlumatına görə, nəşrdə ictimai redaktor vəzifəsi 2003-cü ildə Ceyson Bleyrin məqalələrində plagiatın aşkar edilməsi nəticəsində təsis edilib. Məqsəd qəzet abunəçiləri üçün şəffaflığın təmin edilməsi idi. Redaksiyada 14 il ərzində 6 ictimai redaktor fəaliyyət göstərib, lakin hazırda bu vəzifəni icra edən Liza Spayd sonuncu olacaq.

“Bizim sosial şəbəkələrdə abunəçilərimiz və İnternetdə oxucularımız bir insanın ola biləcəyindən daha ayıq və güclü, müasir nəzarətçi kimi xidmət etmək üçün bir araya toplaşıblar”, – deyə nəşriyyat imperiyasının sahibi Artur Oks Sülsberqer bildirib.

Qeyd edib ki, “The New York Times” nəşri redaktor Hanna İnberin idarə edəcəyi yeni “Oxucu mərkəzi”ni istifadəyə verəcək. Onun vasitəsilə nəşrin əməkdaşları ictimaiyyətin sual və rəyləri, problemləri, şikayətləri və digər sorğularına birbaşa reaksiya verə biləcəklər.

“The New York Times”ın şərhetmə sistemi “Conversation AI” – “Google” şirkətinin “Jigsaw” müəssisəsi tərəfindən hazırlanmış süni intellekt sistemi əsasında işləyir. Sistem saytdakı materialların təxminən 10 faizinə nəzarət edir. Lakin proqram artıq bütün məqalə və xəbərlərə praktik olaraq tətbiq ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

26 İyun - Azərbaycan Respublİkası Sİlahlı Qüvvələrİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR