Elmin perspektiv istiqamətlərinin müəyyən edilməsi üsulları araşdırılır 13.03.2017    03:03 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 12 və 13 saylı şöbələrin birgə elmi seminarı keçirildi. Seminarda “Bibliometrik verilənlərin analizi əsasında elmin perspektiv istiqamətlərinin müəyyən edilməsi” və “Sosial şəbəkələrdə informasiya təsirinin modelləşdirilməsi” məruzələri dinlənildi.  

“Bibliometrik verilənlərin analizi əsasında elmin perspektiv istiqamətlərinin müəyyən edilməsi” mövzusunda çıxış edən institutun əməkdaşı Sevinc Abdulova bibliometrik verilənlərin analizi əsasında elmin perspektiv istiqamətlərinin müəyyən edilməsi məqsədilə İKT sahəsində müxtəlif istiqamətlər üzrə göstəricilərin (məqalələrin sayı və istinadlar) dinamikasını təqdim etdi. Məruzəçi Big Data, Bioinformatika və digər istiqamətlərdə əldə olunan göstəricilər əsasında perspektivlik metrikasını şərh etdi.

S.Abdulova bu istiqamətdə dünya təcrübəsinin araşdırılaraq Azərbaycanda müvafiq sahələrdə tətbiqinin zəruriliyini vurğuladı. 

Sonra institutun əməkdaşı Nərgiz İsmayılova “Sosial şəbəkələrdə informasiya təsirinin modelləşdirilməsi” mövzusunda məruzəni təqdim etdi. Sosial şəbəkələrdə informasiya təsirinin modelləşdirilməsində Markov zəncirləri, qraflar və ehtimal nəzəriyyəsindən istifadə olunduğunu bildirdi.  

Sosial şəbəkələrdə informasiya təsirinin diffuziyasının araşdırıldığını söyləyən N.İsmayılova bu yayılmaların yaranma üsullarını aşkarlayan modellərin işlənildiyini vurğuladı. O, işlənilən əsas modellərin informasiya təbliğatı modelləri olduğunu qeyd edərək nəticəli təsirin strukturunun da öyrənildiyini diqqətə çatdırdı.  

Sonda N.İsmayılova sosial şəbəkə agentlərinin fikrinin formalaşması və dinamikasının təhlillərinin araşdırıldığını söylədi, bu şəbəkələrin elementləri və onların xassələri barədə məlumat verdi.

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

12 dekabr - Ümummİllİ lİder Heydər Əlİyevİn anım günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR