“CeBIT 2017” sərgisində təqdim olunacaq əsas yeniliklər 14.02.2017    12:00 / Maraqlı məlumatlar

Avropada informasiya texnologiyaları üzrə ənənəvi sərgi olan “CeBIT 2017”də süni intellekt, dronlar, insanabənzər robotlar, avtonom sistemlər və əşyaların interneti nümayiş olunacaq.

20-24 mart 2017-ci il tarixlərdə Almaniyanın Hannover şəhərində informasiya texnologiyaları, telekommunikasiyalar, İT-həllər və xidmətlər üzrə dünyanın ən böyük sərgilərindən biri – “CeBIT 2017” keçiriləcək. Sərgidə 70 ölkədən 3 min şirkət öz tətbiqlərini təqdim edəcək. Bununla yanaşı, “CeBIT Global Conferences” çərçivəsində biznes və cəmiyyətin rəqəmsal gələcəyi haqqında mühazirələr dinləmək mümkün olacaq.

Computerworld jurnalının məlumatına görə, sərginin əsas mövzusu rəqəmsal transformasiyanın sonsuz imkanlarına diqqət cəlb edəcək. Eksponat və təqdimatlar süni intellektin yeni tətbiqetmə imkanları və koqnitiv hesablamalar haqqında məlumat verəcək.

Müxtəlif məqsədlərə, xüsusilə məlumatların yüksək effektli analizi və digər rəqəmsal texnologiyalarla uyğunluğuna xidmət edən, ticarətdə istifadə olunması üçün böyük potensiala malik olan çox sayda dronların təqdim ediləcəyi tədbirdə virtual və əlavə reallığın tətbiq sferalarına ekspozisiyalar həsr ediləcək.

“CeBIT” ziyarətçiləri, həmçinin özü idarəolunan avtomobilləri “test-drayv” olaraq sınaqdan keçirə biləcəklər. Sürücüsüz avtomobil texnologiyası və rəqəmsal texnologiyaların tətbiqinin bir çox nümunələri ixtisaslaşdırılmış ekskursiya zamanı təqdim ediləcək.

40 ölkədən 400-dən çox müəssisə rəqəmsallaşmanın yeni şirkətləri və biznes-modellərini sürətlə əhatə etməsini təqdim edəcək. Blokçeyn texnologiyası daxil olmaqla, rəqəmsal həllərin müxtəlif sferalara tətbiqinə həsr edilmiş çıxışlar səsləndiriləcək, “tədqiqatlar və innovasiyalar” ekspozisiyasında yeni şirkətlər təqdim olunacaq.

Qeyd edək ki, hər il “CeBIT” sərgisi 3 mindən çox eksponentin nailiyyətlərini nümayiş etdirir və təxminən 200 min ziyarətçini cəlb edir. Əsas diqqət süni intellekt, avtonom sistemlər, virtual və əlavə reallıq, insanabənzər robotlar və dronlar kimi ən son tətbiqlərə ayrılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

21 Fevral – Beynəlxalq Ana Dİlİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR