Mark Zukerberq ABŞ-ın prezidenti olmaq istəyir? 05.01.2017    12:19 / Maraqlı məlumatlar

"Facebook" sosial şəbəkəsinin qurucusu Mark Zukerberq 2017-ci il üçün öz şəxsi çağırışlarını bəyan edib. Bu çağırışlar onun prezident olmaq ambisiyası haqqında gəzən şayiələri təsdiq edir.  

M.Zukerberq dünyada öz kariyerası xaricində baş verənləri öyrənmək və intellektini zənginləşdirmək üçün hər il yeni çağırışlar edir.  Onun sözlərinə görə, 2017-ci ildə əsas hədəf öz həmvətənlərini daha yaxından tanımaq üçün ABŞ-ın bütün ştatlarında olmaq və sakinlərlə münasibət qurmaqdır.

"Son illər ərzində mən 365 mil məsafəni qət etdim, öz evimi idarə etmək üçün sadə süni intellekt yaratdım, 25 kitab oxudum və Çin dilini öyrəndim. 2017-ci ildə əsas hədəfim ABŞ-ın bütün ştatlarına baş çəkmək və ilin sonuna kimi hər bir ştatda yaşayan insanlarla qarşılaşmaqdan ibarətdir. Mən artıq bir çox ştatda əhəmiyyətli vaxt keçirmişəm, bu il isə məqsədimə çatmaq üçün təxminən 30 ştata getməli olacağam", – deyə M.Zukerberq şəxsi Facebook səhifəsində yazıb.

Zukerberqin sözlərinə görə, o,  yeni səfərləri çərçivəsində çox sayda insanlarla onların necə yaşadığı, necə işlədiyi və gələcəyə dair nə düşündükləri haqqında söhbət etmək niyyətindədir. "Biz oyun qaydalarını elə dəyişdirməliyik ki, onlar hamı üçün xidmət göstərsin", – deyə Zukerberq öz fikirlərini yekunlaşdırıb.

hitech.newsru.com saytının məlumatında bildirilir ki, Facebook istifadəçilərinin bir çoxu şərhlərdə Zukerberqin ABŞ-ın növbəti prezident seçkilərində iştirak etmək və bu məqsədlə potensial seçicilərlə tanış olmaq istəyinə dair şübhələrini ifadə ediblər.

Qeyd edək ki, bir müddət öncə "İnterfax" agentliyi də Zukerberqin gələcəkdə ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğuna dair məlumat yaymışdı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

17 MAY – ELMİ-PRAKTİKİ KONFRANS
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR