sa sa sa

Rasim Şərif oğlu Mahmudov 1972-ci ildə anadan olmuşdur.

Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə bakalavr, “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi almışdır. 

1996-2006-cı illərdə müxtəlif mətbuat orqanlarında jurnalist kimi fəaliyyət göstərmişdir.

2007-ci ildən İnformasiya Texnologiyaları İnstitutunda çalışır. 

İnformasiya cəmiyyəti, informasiya iqtisadiyyatı, İnternetin tənzimlənməsi, İnternet asılılığı, Əşyaların İnterneti, İnternet-media istiqamətləri üzrə elmi-tədqiqatlar aparır. 

40-dan çox elmi əsərin müəllifidir.

İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir.  

2008-2012-ci illərdə BDU-nun Jurnalistika fakültəsində “İnformasiya cəmiyyətinin əsasları” kursunu tədris etmişdir. 

2009-cu ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində fəaliyyət göstərən İnternetdən istifadə məsələləri üzrə daimi Şuranın üzvüdür. 

2010-cu ildən “İnformasiya cəmiyyəti problemləri” elmi-praktik jurnalının məsul redaktorudur. 

2013-cü ildən institutun 17 saylı şöbəsinin “İnternetşünaslıq problemləri” sektorunun müdiridir.

2016-cı ildən institutun İctimaiyyətlə əlaqələr şöbəsinin mudiridir. 

 

Elmi əsərləri haqqında məlumat.


Xidməti tel.: (994 12) 510 16 01

Mobil tel.:    (994 55) 785 09 58 

Elektron poçtu: pr@iit.science.azicp@iit.science.azrasimmahmudov@gmail.com 

AzTV, "Elm və İnnovasiya" verilişi, (49-cu buraxılış)
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR