Gülnarə Nəbibəyova

Gülnarə Çingiz qızı Nəbibəyova S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini bitirmişdir.

Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutunda proqramçı vəzifəsinə qəbul olunmuşdur. Sonra AEA AİS şöbəsində böyük mühəndis, daha sonra isə aparıcı mühəndis vəzifələrində işləmişdir. Burada avtomatlaşdırılmış idarə sistemlərinin yaradılması məsələləri ilə məşğul olmuşdur. AİS şöbəsində çalışarkən ”ETM pasportları”, TPAİS və digər sistemlərin proqram təminatının yaradılmasında iştirak etmişdir. 

İnformasiya texnologiyaları istiqamətində analitik informasiya və veb-texnologiyaların problemləri ilə bağlı elmi-nəzəri və praktiki işləri görür: xarici siyasət sahəsində qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemin işlənməsi üzrə tədqiqatlar aparır və bununla bağlı Verilənlər anbarı, OLAP və Data Mining texnologiyaları üzrə araşdırmalar aparır. 

Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində veb-infrastrukturun və onun əhatə etdiyi veb-saytların yaradılması ilə bağlı elmi-metodiki dəstəyi həyata keçirir. 

AMEA www.science.az portalının yeni versiyasının və AMEA İnformasiya Texnologiyaları İnstitutunun www.ict.az saytının layihəsinin yaradıcılarından biridir. 
Hazırda institutun www.ict.az saytı Gülnarə Nəbibəyovanın rəhbərliyi altında fəaliyyət göstərir. Həmçinin AMEA-nın science.gov.az rəsmi veb-portalına texnoloji dəstək onun rəhbərliyi ilə həyata keçirilir. 
 
İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir. 
 
18 elmi məqalənin müəllifidir. 
 
2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub.

Hazırda şöbə müdiri vəzifəsində çalışır. 

 
Xidməti tel.: (994 12) 5371897
Mobil tel.: (994 55) 6757543
Elektron poçtu: gnabibayova@gmail.com 
.