sa sa sa

Nigar Tahir qızı İsmayılova 1986-cı ildə anadan olmuşdur.

2007-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) “Tətbiqi Riyaziyyat” ixtisasını bitirmiş, 2009-cu ildə ADNA-da “Riyazi modelləşdirmə” ixtisası üzrə magistr dərəcəsi almışdır.

2008-ci ildə AMEA İnformasiya Texnologiyaları İnstitutuna işə qəbul edilmişdir. İnstitutun E-kitabxana Mərkəzində Bibliometriya sektorunun müdiridir. Bibliometriyanın inkişafı, müasir vəziyyəti və inkişaf perspektivləri, bibliometrik xəritələrin hazırlanması, elektron kitabxanalarda sosial şəbəkələr, bibliometrik üsullar vasitəsilə elektron kitabxanalarda xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində araşdırmalar aparır. 

N.İsmayılova “Qeyri-səlis çoxluqlar üçün bir sinif hamar mənsubiyyət funksiyalarının tədqiqi və tanıma sistemlərində tətbiqi" mövzusu üzrə 3338.01 - "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə dissertasiya işi müdafiə etmişdir.

2010-2012-ci illərdə ADNA-da “Tətbiqi Riyaziyyat” kafedrasında pedoqoji fəaliyyətlə məşğul olmuşdur.

22-dən çox elmi əsərin müəllifidir, onlardan 12-si xarici elmi mətbuatda çap olunmuşdur. 

İnstitutun Gənc alim və mütəxəssislər şurasının üzvüdür.

Hazırda institutda sektor müdiri vəzifəsində işləyir. 

Elmi əsərləri haqqında məlumat.

 

Xidməti tel.:   (994 12) 5398379
Mobil tel.:   (994 50) 4134886
Elektron poçtu:   depart12@iit.ab.az
6 dekabr Rabİte ve İnformasİya Texnologİyaları İşçİlərİnİn peşə bayramı
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR