sa sa sa

Mədinə Tacəddin qızı Səidova 1949-cu ildə anadan olmuşdur.

1972-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun "İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsini bitirmişdir.

1973-cü ildə Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunun nəzdindəki Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsində (2002-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutu) mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Həmin ildən böyük mühəndis, qrup rəhbəri və şöbə müdiri vəzifələrinədək yüksəlmişdir. 

“RAİS-Azərbaycan” dövlət proqramı çərçivəsində respublikanın bir sıra nazirliklər və sənaye müəssisələrində müxtəlif təyinatlı avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənib hazırlanması məsələləri ilə məşğul olmuşdur. 

İnstitutun Elektron Kitabxana Mərkəzinə rəhbərlik edir. Exlibris şirkətinin Alephino proqram məhsulu və 3M texnologiyaları vasitəsilə elmi-texniki informasiyanın komplektləşdirilməsi, kataloqlaşdırılması, sistemləşdirilməsi, yayılması işlərinə, Azərbaycan Kitabxana İnformasiya Konsorsiumuna üzvlüklə əlaqədar aparılan işlərə rəhbərlik edir. 

2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

5 tezisin müəllifidir.

İnstitutun elmi fəaliyyətinin monitorinqini həyata keçirir.

Hal-hazırda institutun elmi katibi və şöbə müdiri vəzifələrində çalışır. 

Elmi əsərləri haqqında məlumat.

 

Xidməti tel.: (994 12) 5102760
Ev tel.: (994 12) 4651971
Mob. tel.: (994 50) 3884681
Faks: (994 12) 5396121
Elektron poçtu: medine@iit.science.azdepart12@iit.science.az
6 yanvar – Teleqrafın yaradıldığı gündür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR