sa sa sa

Struktur bölmənin adı

     2 saylı şöbə

Tel.

     (994 12) 510 42 53

Elektron poçtu

      depart2@iit.science.az 

Struktur bölmənin rəhbəri

      Texnika üzrə fəlsəfə doktoru Yadigar Nəsib oğlu İmamverdiyev

İşçilərin ümumi sayı

       10

Əsas fəaliyyət istiqamətləri

  • İnformasiya təhlükəsizliyinin təmin olunması problemləri;
  • Biometrik texnologiyaların araşdırılması problemləri;
  • Sosial şəbəkələrin aşkarlanması, analizi və idarə olunması problemləri.

Əsas elmi nəticələri

  • İnformasiya təhlükəsizliyini təmin edən adaptiv sistemlərin elmi-metodoloji əsasları, dəyişən strukturlu xüsusi virtual şəbəkələrin (XVŞ) qurulmasının nəzəri əsasları, XVŞ-də istifadəçilərin paylanmış autentifikasiya sistemlərinin sintez metodları işlənmişdir;
  • Korporativ şəbəkələrdə müxtəlif təbiətli təhlükələrə qarşı mübarizədə qərarların qəbul edilməsinin riyazi modelləri təklif olunmuşdur;
  • Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün bir sıra metodlar və alqoritmlər işlənmişdir;
  • Kompüter şəbəkələrində müdaxilələrin adaptive aşkarlanması sistemlərinin yaradılmasının yeni arxitektur əsasları təklif olunmuşdur;
  • Qarşılıqlı əlaqəli korporativ informasiya fəzalarında bir sıra ekranlaşdırma modelləri işlənmişdir;
  • Korporativ şəbəkələrin layihələndirilməsi mərhələsində informasiya təhlükəsizliyinin qiymətləndirilməsi üçün metodlar və alqoritmlər işlənmişdir;
  • Milli informasiya infrastrukturunun əhali və miqrasiya seqmentində toplanan fərdi məlumatlar arasında münasibətlərin sosial şəbəkələrlə modelləşdirilməsi üsulları təklif edilmişdir;
  • İnformasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi üçün bir sıra metodlar təklif edilmişdir;
  • Biometrik şablonların mühafizəsi metodları və saxta biometric nümunələrin aşkarlanması metodları işlənmişdir;
  • Multi-biometrik sistemlərdə informasiyanın optimal aqreqasiyası modelləri təklif edilmişdir;
  • Biometrik məlumatlardan kriptoqrafik açarların generasiyası metodları təklif edilmişdir;
  • E-dövlətin informasiya təhlükəsizliyinin strateji və situasiyalar üzrə idarə edilməsi üçün modellər işlənmişdir;
  • Kompüter şəbəkələrinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və modellər təklif edilmişdir;
  • Bulud xidməti provayderlərinə istifadəçi inamının qiymətləndirilməsi və bulud infrastrukturuna yönələn hücumların aşkarlanması üçün metodlar və alqoritmlər işlənmişdir;
  • Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sistemi üçün şəbəkə trafikinin klassifikasiyası və klasterizasiyası metodları təklif edilmişdir;
  • Şəxsin səsə görə tanınması sistemlərinin sintezi üçün robast əlamətlərin çıxarılması metodları və klassifikasiya məlumatlarının aqreqasiyası metodları təklif edilmişdir.

 

 

AzTV, "Elm və İnnovasiya" verilişi, (51-ci buraxılış)
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR