sa sa sa

İNSTİTUTUN YARANMA TARİXİ

  • 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsi yaradılmışdır.
  • 1982-ci ildə AİS şöbəsi hüquqi şəxs kimi fəaliyyət göstərməyə başlamışdır.
  • 1997-ci ildə AİS şöbəsinin əsasında İnformasiya-Telekommunikasiya Elmi Mərkəzi (İTEM) təşkil olunmuşdur.
  • 2002-ci ildə İTEM-in əsasında İnformasiya Texnologiyaları İnstitutu yaradılmışdır.

 Dövlətin elm siyasətini həyata keçirən Azərbaycan Milli Elmlər Akademiyasına ali dövlət elmi təşkilat statusu verildikdən sonra elmin inkişafında yeni dövr başlamışdır. Artıq ölkədə verilənlərin analitik tədqiqi və veb-texnologiyaları, informasiya təhlükəsizliyi, sosial şəbəkələr, biometrik identifikasiya sistemləri, informasiya resurslarının formalaşdırılması, informasiya-kommunikasiya texnologiyaları (İKT), linqvistik, coğrafi informasiya, sosioinformasiya texnologiyaları, virtual məkanda Azərbaycan dilinin tətbiqi problemləri, elm və təhsilin informasiyalaşdırılması və digər problemlər istiqamətində elmi tədqiqatların innovativ tələblərə müvafiq aparılması, bu sahələrdə mövcud elmi-texniki problemlərin həlli, innovativ layihələrin işlənilməsi, o cümlədən dövrün tələblərinə cavab verən kreativ təfəkkürlü yeni nəsil kadrların yetişdirilməsi məqsədlərinə xidmət edəcək institutun yaradılmasına zərurət yaranmışdı. 2002-ci ildə İTEM əsasında İnformasiya Texnologiyaları İnstitutu yaradılmışdır.

İnstitut qısa müddət ərzində İKT-nin müasir problemlərinə dair innovativ elmi tədqiqatlar aparan bir quruma çevrilmiş, informasiya texnologiyaları və informasiya cəmiyyətinin aktual elmi nəzəri problemlərinin araşdırılmasının təməli qoyulmuş, yeni elmi şöbələr və mərkəzlər açılmışdır. İnstitut elmi tədqiqatlarda səmərəli nəticələrin əldə edilməsi, innovasiya fəaliyyətin yüksək səviyyədə təşkili üçün beynəlxalq standartlara cavab verən şəraitin yaradıldığı, cəmiyyət üçün vacib olan layihələrin həyata keçirildiyi bir elmi müəssisədir. İnstitutda elmi-texniki və innovasiya siyasətinin uğurla həyata keçirilməsi istiqamətində mühüm işlər aparılır. İKT-nin imkanlarından geniş istifadə etməklə elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişaf etdirilməsi, elmi idarəetmənin təkmilləşdirilməsi, milli elmi informasiya fəzasının formalaşdırılması, beynəlxalq elmi mühitə inteqrasiya olunması, kadr hazırlığının yüksək səviyyədə təşkili institutun basilica hədəflərindəndir.

 İNSTİTUTUN KADR POTENSIALI

 İnstitutda 500-ə yaxın əməkdaş, o cümlədən 4 akademik, 10 elmlər doktoru, 26 fəlsəfə doktoru, 12 doktorant, 41 dissertant fəaliyyət göstərir. Hazırda institutda 18 şöbə, o cümlədən Tədris-İnnovasiya, E-kitabxana, Multimedia, AzScienceNet elm kompüter şəbəkəsinin idarəetmə mərkəzləri fəaliyyət göstərir.

 İNSTİTUTUN MÜHÜM ELMİ NƏTİCƏLƏRİ

  •  Kompüter şəbəkələrində paylanmış informasiya emalı sistemlərinin layihələndirmə modelləri və metodları, kompüter şəbəkəsi mühitində paylanmış virtual hesablama mühitlərinin  (superkompüter) və buludların (cloud) sintezi və təhlükəsizliyi üçün metodlar, alqoritmlər və arxitektur-texnoloji prinsiplər, audioinformasiyanın paylanmış emalı sistemlərinin sintezi üçün metod və alqoritmlər işlənmişdir.
  •  Yeni informasiya texnologiyaları əsasında müəyyən sinif xüsusi təyinatlı aparatların uçuş informasiyasının operativ emalı və intellektual təhlili sistemi hazırlanmış, uçuş aparatlarının qurğularının diaqnostikası üçün metod və alqoritmlər işlənmişdir.
  •  Qlobal kompüter şəbəkələrinin kommunikasiya resurslarının virtuallaşması, onların qlobal vəziyyətinin qiymətləndirilməsi və müxtəlif meyarlara əsasən səmərəlilik göstəricilərinin optimallaşdırılması üçün modellər, P2P texnologiyası əsasında qlobal şəbəkə mühitində informasiya mübadiləsinin optimal idarə edilməsi, CDN texnologiyasının köməyilə nizamsız struktura malik informasiya fəzalarının optimal strukturlaşdırılması, dinamiki formalaşan intellektual kontent-serverlər şəbəkəsinin sintezi üçün optimallaşma modelləri və alqoritmləri işlənmişdir.
  •  E-dövlətin idarə edilməsində əks əlaqə mexanizmi kimi GIS texnologiyalar və informasiya fəzasının kontent analizi metodları təklif edilmiş, e-dövlətin informasiya təhlükəsizliyinin təmin olunması və idarə edilməsi, e-dövlət mühitində informasiya axtarışı, emalı və sənəd dövriyyəsi sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün modellər və alqoritmlər işlənmişdir.
  •  İnternetdən istifadənin intellektual analizi və İnternet axtarış sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, veb sistemlərin təhlükəsiziliyinin təmin olunması, online mühitdə müxtəlif əlamətlərə görə sosial şəbəkələrin aşkarlanması və analizi üçün yanaşmalar və modellər, veb-resursların ccTLD və gTLD domen göstəricilərinə görə təsnifatının aparılması, onlar arasında coğrafi və semantik əlamətlərə əsasən informasiya münasibətlərinin müəyyənləşdirilməsi, informasiya idxalı və ixracı həcminin qiymətləndirilməsi, statistikasının aparılması üçün konseptual model və indikatorlar sistemi təklif olunmuşdur.
  •  Korporativ şəbəkələrin informasiya təhlükəsizliyinin dayanıqlığını təmin edən adaptiv virtual xüsusi şəbəkələrin sintezinin elmi-nəzəri, metodoloji və arxitektur əsasları işlənib hazırlanmış, adaptiv şəbəkələr üçün dəyər və zaman göstəricilərinə görə paylanmış optimal autentifikasiya sistemi işlənmiş və korporativ şəbəkələrdə aktiv təbiətli təhlükələrlə mübarizə vaxtı qərarların qəbul edilməsinin nəzəri-oyun modeli təklif olunmuşdur. Həmçinin kompüter şəbəkələrinin informasiya təhlükəsizliyinə olan təhlükələrin aşkarlanması, informasiya təhlükəsizliyi risklərinin qiymətləndirilməsi və idarə olunması üçün modellər təklif edilmişdir.
  •  Virtual məkanda informasiya müharibəsi təzahürlərinin aşkar­lan­ması üçün metodlar və alqoritmlər işləmişdir; ölkə üzrə e-elmin formalaşması, idarə edilməsi, qiymətləndirilməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün modellər və metodlar, həmçinin onun texnoloji infra­strukturu olan AzScienceNet elm kompüter şəbəkəsinin yaradılması, təkmil­ləşdirilməsi, xarakteristikaları və keyfiyyət göstəricilərinin Avropa standart­larına uyğunlaşdırılması üçün bir sıra konseptual yanaşmalar təklif edilmişdir; e-dövlət mühitində sosial şəbəkələrin aşkarlanması və analizi, sirlərin mühafizəsi, proseslərin monitorinqi və qiymətləndirilməsi, online mühitdə cəmiyyətin idarə edilməsi, təhlükəsizliyin təmin olunması, fərdi məlumatların intellektual analizi üçün bir sıra yanaşmalar və metodlar işlənmişdir.
  •  İfrat böyük həcmli məlumatların (Big Data) intellektual analizi (Data Mining) üçün metodlar və alqoritmlər işlənmişdir. Mətn tipli sənədlər çoxluğunun kontentə görə avtomatik qruplaşdırılması, həmçinin avtomatik referatlaşdırılması və referatların qiymətləndirilməsi (Text Mining) üçün bir sıra modellər təklif edilmiş, metod və alqoritmlər işlənmişdir.
  •  Elmmetriya və bibliometriya sahəsində mühüm nəticələr alınmışdır. Elmi tədqiqatçıların və jurnalların qiymətləndirilməsi üçün mövcud olan indekslərin kritik analizi aparılmış və onların çatışmayan cəhətləri aşkarlanmışdır. Bu indekslərin çatışmayan cəhətlərini aradan qaldırmağa imkan verən mövcud indekslərin modifikasiyaları, həmçinin bir sıra yeni indekslər təklif edilmişdir.
  •  Ad hoc və sensor şəbəkələrin sintezi və onların xidmət keyfiyyəti göstəricilərinin yaxşılaşdırılması üçün modellər, metodlar, alqoritmlər və protokollar işlənmişdir.
  •  Elektron imza infrastrukturunun yaradılması üçün sonlu meydanlar üzərində elliptik əyrilər əsasında kriptoqrafik metod və alqoritmlər işlənmişdir. Biometrik eyniləşdirmə sistemlərinin yaradılması və onların təhlükəsizliyinin qiymətləndirilməsi, biometrik şablonların mühafizəsi və biometrik sensorların interoperabelliyinin təmin edilməsi üçün bir sıra metod və alqoritmlər, biometrik texnologiyaların və asimmetrik kriptoqrafik sistemlərin praktiki üstünlükləri birləşdirilməklə biometrik kriptosistemlərin sintezi metodları təklif edilmiş, fotoportretlər əsasında insan sifətinin tanınması üçün metod və alqoritmlər işlənmişdir.
  •  Qeyri-səlis relyasion strukturlu biliklərin emalı texnologiyasının metodları və alqoritmləri işlənmiş, qeyri-səlis məntiqin tətbiqi ilə əmək bazarında İKT mütəxəssisləri seqmentinin təhlili aparılmış, İKT mütəxəssislərə tələb və təklifin formalaşdırlması prinsipləri və qarşılıqlı münasibətlərinin funksional modelləri təklif edilmiş, təşkilatda insan resursunun idarə olunmasında qərarların qəbulunun intellektual dəstəklənməsi üçün qeyri-səlis məntiq və qərarların qəbulu nəzəriyyələrinə əsaslanan metodlar işlənmişdir.
  •  İnformasiya cəmiyyətində bazar iqtisadiyyatının transformasiyası məsələləri araşdırılmış, İKT-yə və biliklərə əsaslanan iqtisadiyyatın inkişaf səviyyəsinin qiymətləndirilməsi metodologiyasının əsasları işlənmiş, Azərbaycanda informasiya iqtisadiyyatının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı təkliflər verilmişdir. İqtisadiyyatın “yaşıllaşdırılması” prosesləri və inkişaf problemləri təhlil olunmuşdur.
17 MAY – ELMİ-PRAKTİKİ KONFRANS
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR