Təhmasib Fətəliyev

Təhmasib Xanəhməd oğlu Fətəliyev 1948-ci ildə anadan olmuşdur.

1970-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun "Avtomatika və hesablama texnikası" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə təyinatla Zaqafqaziya Layihə-Montaj İşləri İdarəsində EHM-lərin quraşdırılması və sazlanması məsələləri ilə əmək fəaliyyətinə başlamışdır.

1971-ci ildən etibarən Milli Elmlər Akademiyasının Fizika, Kibernetika İnstitutlarında, Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyində və Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində elmi fəaliyyətlə məşğul olmuşdur.

Onun tərəfindən ixtisaslaşdırılmış hesablama qurğularının, lokal, korporativ şəbəkə və informasiya sistemlərinin, verilənlər bazalarının layihələndirilməsi, informasiyanın emalı və böyük informasiya resurslarının saxlanılması məsələləri tədqiq olunmuş, müxtəlif təyinatlı korporativ informasiya sistemləri işlənmişdir.

AMEA-nın institut və təşkilatlarını əhatə edən AzSienceNet elm kompüter şəbəkəsinin yaradılması və həmin şəbəkədə İKT-nin tətbiqi işlərində və AMEA-nın ilk www.science.az portalının layihələndirilməsində iştirak etmişdir.

O, ölkədə İnformasiya Cəmiyyəti sahəsində həyata keçirilən layihələrdə yaxından iştirak edir. “Elektron elm”in elmi-nəzəri problemlərinin tədqiqi və praktiki reallaşdırılması, elmin informasiya təminatının formalaşdırılması və elmi fəaliyyətin qiymətləndirilməsi istiqamətlərində araşdırmalar aparır.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 90-dır. O, kütləvi informasiya vasitələrində İKT və İC-nin aktual problemləri üzrə məqalələrlə çıxış edir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Veteranlar Şurasının sərdi və Həmkarlar Komitəsi bürosunun üzvüdür.

2005-ci ildə AMEA-nın "Fəxri Fərmanı" və 2011-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Hal-hazırda AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri vəzifəsində işləyir.

 
 
 
Xidməti tel.: (994 12) 5397217
Ev tel.: (994 12) 3764544
Mobil tel.: (994 50) 3484746
Elektron poçtu: depart3@iit.ab.az, tfataliyev@gmail.com  
.