Moskvada Cisco Connect 2014 konfransı keçiriləcək 29.10.2014    09:16

Rusiyanın paytaxtı Moskva şəhərində cari ilin 18-20 noyabr tarixlərində Cisco Connect 2014 konfransı keçiriləcək. Bu il tədbirin əsas mövzusu “Hər şeyi əhatə edən İnternet” (Internet of Everything, IoE) olacaq. 

Proqnozlara görə, ümumdünya şəbəkə torunun növbəti inkişaf mərhələsində insanlardan, qurğu və cansız əşyalardan əlavə İnternetə proseslər də qoşulacaq ki, bu da şəbəkə və bütün İKT sənayesində partlayış yarada biləcək yüksəlişə gətirib çıxaracaq.

“Cisco”nun proqnozlarına görə, 2020-ci ilə qədər İnternetə 50 milyardadək qurğu qoşulacaq ki, bu da texnoloji şirkətlərə geniş perspektivlərin açılması deməkdir.

Tədbir Beynəlxalq Ticarət Mərkəzində keçiriləcək. Konfransda iştirak etmək istəyənlər cisco-connect.ru ünvanında ətraflı məlumat əldə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti