Almaniyada doktorantura təhsili və elmi-tədqiqat imkanları 06.06.2014    11:00

Alman Akademik Mübadilə Xidməti (DAAD - Deutscher Akademischer Austauschdienst) və AMEA İnformasiya Texnologiyaları İnstitutu 18 iyun 2014-cü il tarixdə “Almaniyada gənc alimlər üçün elmi-tədqiqat imkanları” mövzusunda konfrans və “Elmi-tədqiqata ilk addım” mövzusunda təlim seminarı təşkil edir. 

Konfrans: “Almaniyada gənc alimlər üçün elmi tədqiqat imkanları”

Konfransda Almaniyada doktorantura təhsili almaq və ya elmi-tədqiqat işi aparmaq üçün qəbul prosesi və təqaüd imkanları haqqında ətraflı məlumat veriləcək. Konfransda doktorantlar, dissertantlar, gənc alimlər və magistratura tələbələrinin iştirakı nəzərdə tutulur. 

QEYDİYYAT: Tədbirdə iştirak etmək istəyənlərin 10 iyun 2014-cü il tarixinə qədər qeydiyyatdan keçməsi zəruridir. 

• Konfrans ingilis dilində aparılacaq. 

• Sertifikat: Konfransda iştirakla bağlı sertifikat verilməsi nəzərdə tutulmayıb. 

Təlim seminarı: Elmi tədqiqata ilk addım

Təlim seminarında tədqiqat işinin ilkin planlaşdırılması, elmi ədəbiyyata çıxış, tədqiqat nəticələrinin nəşri, tədqiqat layihəsinin yazılması, Almaniyadan elmi rəhbər təyin edilməsi, DAAD təqaüdləri və qrantlarına müraciət qaydaları haqqında təlim keçiriləcək. 

• Təlim Seminarı “Almaniyada gənc alimlər üçün elmi-tədqiqat imkanları” mövzusunda konfransın davamı olduğundan təlimdə iştirak üçün əvvəlcə konfransda iştirak etmək zəruridir. 

• Qeydiyyat üçün

• “Almaniyada gənc alimlər üçün elmi-tədqiqat imkanları” mövzusunda konfransda iştirak etmək üçün buradan qeydiyyatdan keçin.

• Təlim seminarında iştirak etmək üçün qeydiyyatdan keçin. Bunun üçün Almaniyada aparmaq istədiyiniz elmi-tədqiqat işi haqqında qeydiyyat formasını (application form) doldurub DAAD Bakı ofisinə (e-mail: info@daad.baku.az ) göndərin. 

• Təlimdə iştirakınız təsdiqləndiyi halda sizə DAAD rəhbərliyi tərəfindən dəvət məktubu göndəriləcək. 

• Qeydiyyat üçün son tarix: 10 iyun 2014-cü il

• Sertifikat: Təlim seminarında tam iştirak edənlərə sertifikat veriləcək. 

• Dil: Təlim ingilis dilində aparılacaqdır. 

Zəruri məlumatları yükləmək mümkündür: 

Konfransın proqramı 

• Təlim seminarının proqramı

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti