Xəzər Dəhlizi konfransında regionun informasiya texnologiyaları sahəsində inkişaf potensialı müzakirə ediləcək 27.02.2014    12:36

Martın 7-də Böyük Britaniyada Xəzər Dəhlizi konfransı keçiriləcək. Londonda baş tutacaq tədbirdə regionun iqtisadi inkişaf perspektivləri və tendensiyaları müzakirə ediləcək. 

Bu mötəbər beynəlxalq konfrans Xəzəryanı ölkələrin hökumət nümayəndələrini, biznes dairələrini, elmi dairələr və KİV nümayəndələrini birləşdirir. Tədbirin təşkilatçıları London Fond Birjası (London Stock Exchange), Azərbaycan Beynəlxalq Bankı, Britaniya-Azərbaycan İşgüzar Şurası və Böyük Britaniyanın “Asia House” təşkilatıdır. İkinci Xəzər Dəhlizi Konfransı çərçivəsində regionun artım amilləri, Böyük Britaniya ilə əlaqələr, regionda iqtisadi məsələlərin inkişaf həlləri təqdim ediləcək, həmçinin regionun biznes iqlimi, energetika və maliyyə-bank sektoru, informasiya texnologiyaları, inşaat və digər sahələrdə inkişaf potensialı, problem və imkanların müzakirəsi planlaşdırılır. Azərbaycan və region ölkələri üçün son dərəcə əhəmiyyətli olan “TAP” və “TANAP” layihələrinə dair müzakirələrin aparılması da konfransın proqramına daxil edilib. 

Xəbəri ictnews.az elektron xəbər xidməti yayıb. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti