MWC 2014 sərgisindən nə gözləmək olar? 17.02.2014    10:00

Mobile World Congress-2014 beynəlxalq elektronika sərgisi 24-27 fevral tarixlərində Barselonada (İspaniya) keçiriləcək. İT sahəsinin nəhəng istehsalçıları görəsən bu dəfə ziyarətçilərini nə ilə təəccübləndirəcəklər? 

Sərgidə Cənubi Koreyanın “Samsung” şirkətinin “Gear” smart-saatları və digər qurğularla yanaşı Android əməliyyat sistemi ilə rəqabət aparan Tizen ƏS-i də nümayiş etdirəcəyi gözlənilir. 

“Nokia”dan isə sərgi iştirakçıları əsasən Lumia 1020 və 1520 modellərinin xələfini - Lumia 1820-ni gözləyirlər. vesti.ru saytının məlumatına görə, smartfonun displeyi yetrəli qədər iri ölçüdə - 5,2 düymdür, "Qualcomm” (Snapdragon 850) yüksək məhsuldarlı çip ilə təchiz edilib, 3 giqabayt gücündə əməli yaddaşa malikdir və 32 Gb-a qədər yaddaş həcmi ilə xarici yaddaş kartını dəstəkləyir. 

Şirkət həmçinin “Normandy” (və ya Nokia X) Android-smatrfonunu da təqdim edəcək. Qurğu 2 SİM-kartı, ikinüvəli çipi, (1Ghz), 512 Mb əməli yaddaş, 4 Gb həcmində fləş, microSD kartını, Bluetooth 4.0, Wi-Fi və GPS modullarını dəstəkləyir. Qurğunun qiymətinin təxminən 110 dollar məbləğində olacağı deyilir. 

Sərgidə həmçinin HTC, “Sony”, LG, “BlackBerry”, “Huawei”, “Google” və “Oppo” şirkətləri də smartfon, planşet kimi innovativ məhsullarını təqdim edəcəklər. Bundan əlavə, “Blackphone” – təqibdən mühafizə edilmiş “kriptosmartfon”unun da nümayişi gözlənilir. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti