Kiber idman həvəskarlarının nəzərinə! 11.10.2018    14:14

Bu gündən etibarən İnnovasiya həftəsi çərçivəsində təşkil ediləcək “Baku Open Cyber Cup” kiber idman turnirinə qeydiyyat başlanır.

Cari ilin 28 oktyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçiriləcək turnirdə “Xbox” platformasında iki oyun növü “FIFA 19” və “Mortal Kombat” üzrə yarışlar təşkil olunacaq.

Turnirdə iştirak etmək istəyən 15 yaşdan yuxarı hər bir şəxs müvafiq qeydiyyat formasını (http://www.cybersport.az/tournaments/BakuOpen2018/BakuOpenRegistrationForm.doc) doldurub elektron poçt vasitəsilə 19 oktyabr 2018-ci il tarixinədək Azərbaycan Kiber İdman Federasiyasına (info@cybersport.az) təqdim etməlidir.

Hər bir oyun növü üzrə seçilmiş 32 iştirakçı 28 oktyabr 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək turnirdə yarışacaq. Olimpiya sistemi üzrə keçiriləcək oyunlardan sonra qaliblər müəyyənləşdiriləcək.

Yarışın qalibləri pul mükafatı ilə təltif ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR