Ümumdünya İKT forumu keçiriləcək 07.06.2018    11:53

10-13 sentyabr tarixlərində Cənubi Afrika Respublikasının Durban şəhərində “ITU Telecom World 2018” – Ümundünya İKT forumu keçiriləcək.

“ITU Telecom World” qlobal İKT cəmiyyəti üçün mühüm hadisə və unikal tədbirdir. Burada dünyanın informasiya-kommunikasiya texnologiyalarının gələcəyi müzakirə olunur. BMT-nin İKT məsələləri üzrə ixtisaslaşdırılmış müəssisəsi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunication Union – ITU) tərəfindən təşkil edilən Ümumdünya İKT forumu müxtəlif ölkələrin dövlət və özəl sektorlarının yüksək vəzifəli nümayəndələrindən ibarət auditoriyanı bir araya toplayır.

telecomworld.itu.int saytının məlumatına görə, “ITU Telecom”un proqramına 5G, süni intellekt, virtual reallıq, elektron səhiyyə, Əşyaların İnterneti və digər sahələrə aid ən yeni texnologiyaların təqdim olunacağı sərgi də daxildir.

Tədbirin ən əhəmiyyətli hissələrindən biri də “ITU Telecom”un mükafatlarının təqdimatı olacaq. Bu mükafatlar İKT sahəsində innovasiyalar və mühüm nailiyyətlərə görə verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

AzTV, "Elm və İnnovasiya" verilişi, (51-ci buraxılış)
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR