Beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgisi keçiriləcək 06.09.2017    03:59

24-26 oktyabr tarixlərində İtaliyanın Milan şəhərində Beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgisi - “SMAU 2017” keçiriləcək.

“SMAU sərgiləri İtaliyanın müxtəlif şəhərlərində demək olar ki, hər ay keçirilir. Bu, rəqəmsal texnologiyalar sahəsində ən yeni həllərin təqdim olunması üçün nəzərdə tutulmuş nüfuzlu tədbirlərdəndir.

expoclub.ru saytının məlumatına görə, Milanda keçirilən sərgi “Fiera Milano sərgi mərkəzinin 22000 kv. m sahəyə malik 2 birmərtəbəli pavilyonunda baş tutur. Burada məhsul və xidmətlərini təqdim edən 250 şirkət, həmçinin 20 ölkəni təmsil edən 300 şirkət, 50000 ziyarətçi və 1500 jurnalist iştirak edir.

Tədbirin proqramına müxtəlif fəaliyyət sahələrində tətbiq edilən ən yeni texnologiyaların imkanlarının nümayiş etdirilməsinə yönələn treyninq, seminar və müzakirələr daxildir.

Müəssisənin idarə olunmasının texniki vasitələri, proqram və aparat təminatı, identifikasiya və təhlükəsizlik sistemləri, telekommunikasiya, şəbəkə texnologiyaları, rəqəmsal qrafika, tətbiqi tədqiqatlar və ixtisaslaşdırılmış ədəbiyyat tədbirin əsas istiqamətlərini əhatə edir.

Sərginin təşkilatçılarının daha bir təşəbbüsü də “Innovation Itineraries layihəsi çərçivəsində İKT dünyasının ən böyük “oyunçularını bir araya toplamaqdır. Burada universitet laboratoriyaları, yenilikçi şirkətlər, elmi laboratoriyalar, elmi və sənaye zonalarının nümayəndələrindən ibarət 60-dan çox iştirakçı yer alır. Onlar informasiya texnologiyaları, telekommumikasiyalar, aviakosmik sənaye, robot texnikası, biotexnologiyalar, nanotexnologiyalar, həmçinin tibb sahəsində ən son tədqiqatlar, innovasiyalar və məhsullarını təqdim edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

15 Sentyabr – Azərbaycanda Bİlİk Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR