“Türk dillərinin kompüter emalı” mövzusunda V beynəlxalq konfrans keçiriləcək 19.05.2017    12:21

18-21 oktyabr 2017-ci il tarixlərdə Rusiyanın Kazan şəhərində “Türk dillərinin kompüter emalı” mövzusunda V beynəlxalq konfrans keçiriləcək.

Tədbirin əsas istiqamətləri aşağıdakılardır:

- türk dilləri üçün formal modellər;

- kompüter sistemləri və terminologiyanın milli lokallaşdırılması;

- mətnlərin morfoloji və sintaktik emalı sistemləri;

- nitqin sintezi və tanınması sistemləri;

- mətnlərin semantik emalı sistemləri;

- maşın tərcüməsi sistemləri;

- türk dillərinin öyrədilməsi üçün intellektual sistemlər və texnologiyalar. 

Konfransın işçi dilləri ingilis, rus və tatar dilləridir.

Mühüm tarixlər:

Məqalələrin annotasiyalarının təqdim olunması üçün son gün: 1 iyul 2017-ci il.

Məqalələrin tam mətninin təqdim olunması üçün son gün: 10 sentyabr 2017-ci il.

Konfransın proqramının nəşr olunması: 10 oktyabr 2017-ci il.

AzTV, "ELM VƏ İNNOVASİYA" verilişi, (44-cü buraxılış)
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR