“Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransı keçiriləcək 21.04.2017    12:11

17 may 2017-ci il tarixində AMEA Rəyasət Heyəti, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri” I respublika konfransı keçiriləcək.

Tədbirdə iştirak edəcək şəxslərin burada qeydiyyatdan keçməsi vacibdir.

 

Konfransın əsas istiqamətləri: 

I. Proqram mühəndisliyinin elmi-nəzəri problemləri

II. Proqram mühəndisliyinin tədrisinin problemləri

III. Proqram mühəndisliyinin tətbiqi problemləri

Konfransın mövzuları:

- proqram təminatının keyfiyyətinin idarə olunması;

- proqram təminatının təhlükəsizliyi və etibarlılığı;

- proqram mühəndisliyinin sosial-iqtisadi aspektləri;

- veb-proqramlaşdırma texnologiyaları;

- proqram mühəndisliyi və bulud texnologiyaları;

- superkompüter və Big Data texnologiyalarında proqram mühəndisliyi;

- proqram mühəndisliyi və Əşyaların İnterneti;

- proqram mühəndisliyi və süni intellekt;

- proqram mühəndisliyinin tədrisi üzrə dünya təcrübəsi;

- Azərbaycanda proqram mühəndisliyinin tədrisinin müasir vəziyyəti;

- təkamül proqramlaşdırma;

- proqram təminatına qoyulan tələblər, layihələndirmə və resursların idarə edilməsi;

- proqram təminatının verifikasiyası, validasiyası və sınağı;

- proqram təminatının müşayiət edilməsi və monitorinqi;

- proqram məhsullarının standartları və sertifikatlaşdırılması;

- proqram mühəndislərinin hüquqi və etik problemləri.

Məruzələrin tərtibatına dair tələblər: 

Konfransa onun istiqamətlərinə uyğun, aktual elmi-praktiki problemlərə həsr olunmuş materiallar qəbul olunur. Məruzənin həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) artıq olmamalıdır. 

Məruzə elektron şəkildə softeng2017@iit.science.az, softeng2017@gmail.com ünvanlarına göndərilməlidir. 

Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, əldə olunmuş nəticələrin elmi- praktiki əhəmiyyəti əks olunmalıdır. Məruzənin formatı IEEE standartına uyğun olmalıdır. Faylın yaradılması üçün Sample_IEEE.doc şablonundan istifadə edilməlidir. Düsturlar Microsoft Equation redaktorunda (standart parametrlər ilə) yığılmalıdır. Məqalənin sonunda məruzənin adı, müəllif(lər)in soyadı və xülasəsi ingilis dilində əlavə edilməlidir. Məruzəçilər MS PowerPoint redaktorunda “On-screen Show” (“Ekran”) formatında slaydlar hazırlamalıdırlar. Məruzəni konfransın işçi dillərindən (Azərbaycan, ingilis və rus) birində təqdim etmək olar.

Şablonu yükləmək olar: Sample_IEEE (eng).doc. 

Sample_IEEE.doc şablonunun Azərbaycan dilinə tərcüməsi: Sample_IEEE(aze).doc.

Mühüm tarixlər:

30 aprel 2017 – Məruzələrin təqdim edilməsi üçün son tarix;

10 may 2017 – Məruzələrin ekspertizasının nəticələri haqqında müəlliflərin məlumatlandırılması tarixi;

17 may 2017 – Konfransın iş günü.

Əlaqə: 

Ünvan: AZ1141, Bakı şəhəri, B. Vahabzadə küçəsi, 9A.

AMEA İnformasiya Texnologiyaları İnstitutu

Tel: (+994 12) 539-90-16; 539-87-19; 538-71-09

E-poçt: softeng2017@iit.science.az, softeng2017@gmail.com

Faks: (994 12) 539-61-21

 

      

17 MAY – ELMİ-PRAKTİKİ KONFRANS
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR