“Tədqiqatını işıqlandır” müsabiqəsi keçirilir 28.02.2017    05:31

EaP Connect layihəsi elmi tədqiqatçılara beynəlxalq miqyaslı elm və təhsil  şəbəkələrindən faydalanmaq imkanı verir.

Azərbaycan alimləri beynəlxalq müsabiqəyə dəvət olunur. AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə “EaP Connect layihəsi çərçivəsində “Tədqiqatını işıqlandır” (“Enligthen Your Research”) adlı müsabiqə keçirilir.

Müsabiqəyə yüksəksürətli İnternet şəbəkəsinə çıxış, hesablama və yaddaş resursları tələb edən elmi-tədqiqat işləri qəbul olunur. Tədqiqatçılar bu müsabiqəyə qoşulmaqla Avropanın superkompüterlərindən və qabaqcıl şəbəkə texnologiyalarından ödənişsiz şəkildə yararlana biləcək. Elmin bütün sahələrinə açıq olan müsabiqənin qaliblərinə tədqiqat prosesində yaranan hesablama resursları, yaddaş, şəbəkə texnologiyaları ilə bağlı dəstək veriləcək.

Qalib gələn tədqiqatçılar 1 il müddətində yüksəksürətli İnternet şəbəkəsi, hesablama və yaddaş resurslarından istifadə etmək hüququ qazanacaq. Həmçinin qalib layihələr 27-28 sentyabr 2017-ci ildə Belarusiyanın paytaxtı Minsk şəhərində EaP Connectin təşkilatçılığı ilə keçiriləcək Şərq Tərəfdaşlığı E-İnfrastruktur Konfransında (EAPEC 2017) iştirak edəcək və mükafatlandılacaq.

EYR@EaP 2017 vasitəsilə təqdim edilən müsabiqəyə aşağıdakı infrastruktur xidmətləri və resursları daxildir:

  • Şəbəkə xidmətləri
  • Cloud resursları
  • Aşağıdakı təşkilatların resurslarına çıxış imkanı:
    • Avropada Qabaqcıl Hesablama üzrə Tərəfdaşlıq PRACE (The Partnership for Advanced Computing in Europe)
    • Hollandiya milli yüksək performanslı hesablama və e-elm dəstək mərkəzi SURFsara (Dutch national high-performance computing and e-science support center)
    • Avropada Tədqiqat üçün Açıq Çıxış İnfrastrukturu OpenAIRE (Open Access Infrastructure for Research in Europe)

Daha ətraflı məlumatı eapconnect.eu saytından əldə etmək mümkündür.

Onlayn müraciət forması

Mühüm tarixlər:

Müsabiqənin ilkin mərhələsinin elanı – 7 fevral 2017-ci il

Müraciət üçün son tarix – 7 aprel 2017-ci il

Müsabiqənin ilkin mərhələsinin bildirişlərinin e-mail vasitəsilə göndərilməsi –   8 May 2017-ci il

Konsultasiya mərhələsi –  may-iyun 2017-ci il

Layihənin təqdim oluması üçün son tarix –    3 İyul 2017-ci il

Qalib layihələrin elan olunması ­– 1 avqust 2017-ci il

EAPEC2017 konfransında mükafatlandırma mərasimi –  27-28 sentyabr 2017-ci il

Layihənin işinə başlanılması – dekabr 2017 - dekabr 2018-ci il

Əlaqə: iro@iit.science.az

EaP Connect layihəsi ilə bağlı əlavə məlumat: www.eapconnect.eu

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

18 oktyabr – Azərbaycanın Dövlət Müstəqİllİyİ Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
ELMİ JURNALLAR