Nanoelm və nanotexnologiyalara həsr olunmuş III Beynəlxalq Konqres keçiriləcək 15.04.2015    15:00

İyulun 2-3-də İstanbulda (Türkiyə) Nanoelm və nanotexnologiyalara həsr olunmuş III Beynəlxalq Konqres (3rd International Congress on Nanoscience and Nanotechnology - ICNT 2015) keçiriləcək.

İstanbul və Hacettepe Universitetləri ilə “PFK” şirkətinin təşkil etdiyi konqres fizika, kimya, elektronika və digər sahələrdə fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya toplayacaq.

Əsas məqsəd nanoelm və nanotexnologiyalar sahəsi üzrə aparılan araşdırmaların təbliği və müxtəlif ölkələrdə çalışan tədqiqatçı, mühəndis və tələbələrin nanotexnologiyalar haqqında elmi biliklərinin artırılmasıdır.

Tədbirdə karbon nanomaterialları, qrafen, nanoborular, nanomaterialların sintezi və səciyyələndirilməsi, nanostrukturlaşdırılmış yarımkeçiricilər, nanoelektronika, optoelektronika, molekulyar elektronika və digər əlaqədar mövzuların müzakirəsi nəzərdə tutulur.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti