İnstitutda “Media monitorinq: predmeti, problemləri və perspektivləri” mövzusunda seminar keçirildi

08 Aprel 2015 - 12:25 | Konfranslar, İclaslar
İnstitutda “Media monitorinq: predmeti, problemləri və perspektivləri” mövzusunda seminar keçirildi, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 16 saylı şöbənin növbəti elmi seminarı keçirildi. İnstitutun kiçik elmi işçisi Səadət Ağayeva “Media monitorinq: predmeti, problemləri və perspektivləri” mövzusunda məruzəni  təqdim edərək media monitorinqin tarixi, müasir problemləri, media monitorinqlə məşğul olan institut və təşkilatlar, Azərbaycanda İnternet-medianın monitorinqinə dair mövcud vəziyyət haqqında ətraflı məlumat verdi.

Məruzəçi dünyada xəbər monitorinqi üzrə ixtisaslaşmış şirkətlərin fəaliyyət istiqamətlərindən danışdı. Onun sözlərinə görə, çap mediası ilə yanaşı, İnternet-media sahəsində də monitorinq xidmətləri təqdim edən ABŞ-ın “Cyberalert” şirkəti hər gün 75 dildə, 189 ölkədə 50 mindən çox onlayn xəbər mənbəyini, sosial mediada isə 50 milyondan çox bloqu izləyərək monitorinqini aparır.

S.Ağayeva qeyd etdi ki, İKT-nin inkişafı istiqamətində əldə olunan nailiyyətlər Azərbaycanda da İnternet-medianın yaranması, inkişafı və araşdırılmasına təkan vermiş, onun monitorinqinin aparılması zəruriliyini yaratmışdır. O, ölkəmizdə “Media Təqib Mərkəzi”, “Kalibri media”, “Media Consulting and Services” və s. kimi şirkətlərin İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi ilə məşğul olduğunu diqqətə çatdırdı. Bildirdi ki, ölkənin ən aparıcı müəssisələri, o cümlədən media qurumları bu şirkətlərin xidmətlərindən mütəmadi olaraq istifadə edir.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.