İsrail alimləri süni qızıl yaradıblar

24 Noyabr 2015 - 14:00 | Maraqlı məlumatlar
İsrail alimləri süni qızıl yaradıblar, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

İsrailin Texnion Universitetinin tədqiqatçıları tarixdə ilk dəfə laboratoriya şəraitində süni qızıl yaratmağa nail olublar. “Jerusalem Post” qəzetində dərc edilmiş materiala əsasən, süni qızıl professor Boazanın rəhbərliyi altında fəaliyyət göstərən mühəndislik fakültəsinin aspirantı Mariya Koyfman-Kristosof tərəfindən kəşf edilib. Alimlər süni qızılın əldə edilməsi prosesinin təfərrüatlarını “Nature Communications” jurnalında dərc ediblər.

Əldə olunmuş süni qızılın təbii qızılla müqayisədə bir sıra üstünlüklərə malik olduğu bildirilir. Belə ki, süni qızıl yüksək mexaniki möhkəmliyə, yüksək temperatura qarşı dayanıqlığa, həmçinin yüksək elektrik və istilik keçiricilik qabiliyyətinə malikdir. 

ictnews.az saytının məlumatına görə, Texnion Universiteti İsrailin texniki elmlər üzrə ixtisaslaşmış aparıcı ali məktəblərindən biridir. Ötən əsrin 80-ci illərində məhz bu təhsil ocağında optik lif ixtira edilib, kvazikristallar kəşf edilib, həmçinin universitetin əməkdaşları kimya elminin inkişafına böyük töhfə veriblər.